göndərib oranın sakinlərinin ölkəyə yad
olan ənənələrlə yaşamalarını istədi: 45 belə
ki məbəddə yandırma qurbanı, qurban
gətirilməsi və maye təqdimi qadağan
olunsun, Şənbə günlərinə və bayramlara
ehtiramsızlıq göstərilsin; 46 müqəddəs
yerə və müqəddəs əşyalara hörmətsizlik
olunsun; 47 bütlər üçün qurbangahlar,
təqdis olunmuş sahələr və bütxanalar
tikilsin, donuzlar və pak olmayan
heyvanlar qurban gətirilsin; 48 xalq öz
oğullarını sünnət etdirməsin, özlərini hər
cür natəmizlik və iyrəncliklə mənfur etsin.
49 Bunu ona görə etdi ki, xalq qanunu
unutsun və bütün qaydaları dəyişdirsin.
50 Padşahın əmrinə uyğun davranmayanlar
öldürüləcəkdi. 51 Bütün bu sözlərə uyğun
olaraq, o, padşahlığının hər yerinə yazıb
bütün xalq üzərində nəzarətçilər qoydu və
bir-birinin ardınca Yəhuda şəhərlərinin hər
birinə qurban gətirməyi əmr etdi.
52 Xalqdan bir çoxu – qanunu tərk
edənlərin hamısı ona qoşuldu və ölkədə şər
işlər gördülər. 53 İsrailliləri özlərinin hər
sığınacaqlarına, gizli yerlərinə getməyə
məcbur etdilər. 54 Yüz qırx beşinci ilin
Kislev ayının on beşinci günü padşah
viranəlik gətirən iyrənc şeyi
b
qurbangahın
üzərində tikdi, Yəhudanın ətrafındakı
şəhərlərdə bütlər üçün qurbangahlar
qurdular. 55 Evlərin qapısında və
küçələrdə ətirli büxur yandırdılar.
56 Tapdıqları qanun kitablarını cırıb odda
yandırdılar. 57 Haradasa bir nəfərdə Qanun
kitabı tapılsaydı, ya da bir kəs qanuna
riayət etsəydi, padşahın hökmü ilə edam
olunardı. 58 Onlar öz qüdrətlərindən
istifadə edərək aylarla İsraildə tapdıqları
adamlara qarşı zor işlətdilər. 59 Həmin
ayın iyirmi beşinci günü qurban yandırılan
qurbangahın üzərinə qoyulan bütpərəst
qurbangahında
qurban
gətirildi.
60 Fərmana uyğun olaraq, oğullarını
sünnət etdirən qadınlar edam olundu.
61 Körpələri isə analarının boynundan
asdılar. Onların ailələri də, onları sünnət
edənlər də edam olundular. 62 Amma
İsraildə bir çoxu qətiyyətli oldu, natəmiz
şeylər yeməməyə cəsarət etdi. 63 Onlar
yeməklə murdarlanmaqdan və müqəddəs
əhdə hörmətsizlik etməkdənsə, ölümü
üstün tutdular və edam olundular. 64 İsraili
həddən artıq böyük bir qəzəb bürümüşdü.
----------------------------------------------------
a1:10 1 Makkabi kitabında verilən illər e.ə.
312-ci ildən başlanan Selevki təqvimi ilə
hesablanır.
b1:54 Bütpərəst allahı Zevsin yaxud
Yupiterin bir rəmzi ya heykəli olduğu
sanılır.
2
Dostları ilə paylaş: