Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə54/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   50   51   52   53   54   55   56   57   ...   304
Barux

Mattatiyanın ailəsi
1 O   günlərdə  Yoarib   nəslindən   bir   kahin
olan   Şimon   oğlu   Yəhya   oğlu   Mattatiya
Yerusəlimdən çıxıb Modində məskən saldı.
2 Onun   beş   oğlu   var   idi:   Qaddi   adlanan
Yəhya, 3 Tassi adlanan Şimon, 4 Makkabi
adlanan Yəhuda, 5 Avaran adlanan Eleazar,
Apfus adlanan Yonatan. 6 O, Yəhudada və
Yerusəlimdə   olan   küfrü   görəndə   7 belə
dedi:
 
«Vay   halıma!   Xalqımın   məhvini   və
müqəddəs şəhərin viranəliyini
Görmək üçün doğulmuşam.
Bu yer düşmənlərə təslim edildiyi,
Müqəddəs   məskən   yadellilərin   əlinə
keçdiyi halda
Orada necə qalmaq olar?
8 Oranın məbədi nüfuzunu itirən bir kişiyə
bənzəyir.
9 Ona   izzət   gətirən   əşyaları   talayıb
apardılar,
Körpələri küçələrində öldürüldülər,
Cavanları düşmən qılıncına tuş gəldi.
52


10 Onun padşahlığında payı olmayan,
Qənimətlərini   ələ   keçirməyən   bir   millət
qalmadı.
11 Onun bütün bəzəklərini qarət etdilər,
Azad olduğu halda indi köləliyə düşüb.
12 Gör ki bizim müqəddəs saydıqlarımız,
gözəlliyimiz və izzətimiz talan olundu,
Bütpərəstlər bunları murdarladılar.
13 Daha nədən ötrü yaşayaq?»
 
14 Mattatiya və onun oğulları paltarlarını
cırıb   çul   geyindilər   və   dərin   matəmə
batdılar.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin