Deuterokanonik kitabları Yoxlama versiyası


Çöllükdə qeyd olunan Şənbə günü



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə56/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   52   53   54   55   56   57   58   59   ...   304
Barux

Çöllükdə qeyd olunan Şənbə günü
29 O zaman salehlik və ədalət axtaran çox
adam   çöllüyə   çıxıb-getdi   və   orada   qaldı.
30 Özləri ilə oğullarını, arvadlarını və mal-
qaralarını da götürdülər, çünki bəla onları
sıxışdırırdı.   31 Padşahın   adamlarına   və
Davudun şəhəri olan Yerusəlimdəki qoşuna
xəbər çatdı ki, bəzi şəxslər padşahın əmrini
pozaraq   çöllükdə   olan   gizli   yerlərə
getmişlər.  32 Çoxlu  əsğər  onların  ardınca
düşdü,   onlara   çatıb   qarşı   tərəflərində
ordugah   qurdular   və   Şənbə   günü   döyüş
üçün   önlərinə   düzüldülər.   33 Onlara
dedilər:   «Daha   bəsdir!   Gəlin,   padşahın
sözünə   uyğun   davranın   və   sağ   qalın».
34 Onlar   isə   cavab   verdilər:
«Gəlməyəcəyik,   padşahın   sözünə   uyğun
davranmayacağıq,   Şənbə   gününə
hörmətsizlik etməyəcəyik». 35 Onda qoşun
onlara qarşı döyüşə atıldı. 36 Amma onlar
müqavimət   göstərmədilər,   qoşuna   nə   bir
daş atdılar, nə də gizli yerlərinin önünə bir
sədd   qoydular.   37 Onlar   dedilər:   «Qoy
53


hamımız   təqsirsiz   olaraq   ölək,   yer-göy
şahidimiz   olsun   ki,   siz   haqsızlıqla   bizi
həlak   edirsiniz».   38 Şənbə   günü   onlara
qarşı   döyüşə   başladılar   və   özləri   də,
arvadları da, uşaqları da və mal-qaraları da
həlak oldu; ölən adamların sayı minə qədər
idi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin