63 O, bu gün ucaldılsa da, sabah izi
qalmayacaq,
Çünki əvvəlcə olduğu toza çevriləcək,
Düşüncələri itib gedəcək.
64 Övladlarım, kişi kimi davranın,
Qanunda möhkəm dayanın,
Çünki onun vasitəsilə izzətə çatacaqsınız.
65 İndi isə qardaşınız Şimonun məsləhətdə
mahir olduğunu bilirəm; ömrü boyu ona
qulaq asın, qoy sizə atalıq etsin. 66 Yəhuda
Makkabi isə cavanlığından bəri qüvvətdə
üstündür. Qoy o, qoşun başçınız olsun,
başqa xalqlara qarşı döyüşə rəhbərlik etsin.
67 Həmçinin qanuna riayət edənlərin
hamısını səfərbər edib xalqınızın qisasını
alın. 68 Bütpərəstlərdən əvəz çıxın və
qanunun göstərişlərinə diqqət edin».
69 Sonra Mattaiya onlara xeyir-dua verdi
və atalarına qovuşdu. 70 O, yüz qırx altıncı
ildə öldü və Modində əcdadlarının
məzarlığında dəfn olundu. Bütün İsrail
onun üçün böyük yas tutdu.
3
Dostları ilə paylaş: