Lisiyanın ilk döyüşü 26 Yadellilərdən sağ qurtulan bir çoxu isə
gəlib bütün olanlar barədə Lisiyaya
məlumat çatdırdılar. 27 O, bunu eşidəndə
narahat olub çaşqınlığa düşdü. Çünki
İsraillə bağlı işlər istədiyi kimi
getməmişdi, padşahın əmrinə uyğun nəticə
əldə edilməmişdi. 28 Növbəti il Lisiya
Yəhudiləri məğlub etmək üçün altmış min
seçmə piyada və beş min süvari qoşun
çağırdı. 29 Onlar Edoma gəlib Bet-Surda
ordugah qurdular. Orada Yəhuda on min
adamla onlarla qarşılaşdı. 30 Yəhuda güclü
qoşunu görəndə dua edib dedi: «Ey İsrailin
Xilaskarı, Sənə alqış olsun! Sən qulun
Davudun qüvvətli əli ilə həmləni dağıtdın,
yadellilərin orduğahını Şaul oğlu Yonatana
və silahdaşıyanına təslim etdin. 31 Bu
ordugahı da Sənin xalqın olan İsrailin
çənginə təslim et. Qoy onların qoşunu və
süvariləri rüsvay olsunlar. 32 Onları
ürkəkliyə sal, güclərinə görə olan
cəsarətlərini yox et, məğlubiyyətlərindən
lərzəyə gəlsinlər. 33 Qoy onlar Səni
sevənlərin qılıncı ilə həlak olsunlar. Sənin
adını bilənlər Səni ilahilərlə həmd
etsinlər». 34 Qoşunlar döyüşə girdi.
Lisiyanın qoşunundan beş min əsgər
öldürüldü; onlar goşunun önündə həlak
oldular. 35 Lisiya öz qoşununun geriyə
qaçdığını, Yəhudanın döyüşçülərinin isə
igidliyini, ya yaşamağa, ya da igidliklə
ölməyə hazır olduqlarını görəndə
Antakyaya çəkildi. O, yadelli
muzdlulardan ibarət çoxsaylı qoşun topladı
ki, yenə Yəhudeyanın üstünə getsin.