götürdü. 4 O, Beanlıların etdiyi pisliyi də
yada saldı; onlar yollarda pusqu qurmaqla
xalqı tora və tələyə salırdılar. 5 Onlar onun
önündə qüllələrdə qapanıb qalsalar da,
Yəhuda onların üzərinə qoşun çəkdi,
onlara lənət edib qüllələrinə od vuraraq
orada olan bütün adamlarla birgə yandırdı.
6 Sonra o, Ammonluların üzərinə getdi və
Timoteyin başçılıq etdiyi güclü qüvvə və
böyük kütlə ilə qarşılaşdı. 7 Onlarla çoxlu
döyüşlər apardı, düşmənlər onun
qarşısında məğlub oldular və onlara zərbə
vurdu. 8 Yəhuda Yazeri və onun
ətrafındakı kəndləri ələ keçirdikdən sonra
Yəhudeyaya qayıtdı.
Dostları ilə paylaş: