Deuterokanonik kitabları Yoxlama versiyası


Tovit və Xannanın narahatlığı



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə7/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   2   3   4   5   6   7   8   9   10   ...   304
Barux

Tovit və Xannanın narahatlığı
1 Bu arada Tovit günləri bir-bir sayırdı ki,
oğlunun   gedib-qayıtması   nə   qədər   çəkər.
Günlərin sayı bitmişdi, Toviya isə hələ də
geri   qayıtmamışdı.   2 Tovit   düşünürdü:
«Ümid edirəm ki, orada onu saxlamayıblar.
Bəlkə, Qavael ölüb və ona gümüşü verəcək
bir kimsə yoxdur?» 3 Tovit narahat olmağa
başladı.   4 Arvadı   Xanna   deyirdi:   «Balam
ölüb, artıq sağ deyil». O, oğlu üçün ağlayıb
yas tutaraq deyirdi: 5 «Vay halıma, oğlum,
gözlərimin işığı, mən niyə səni buraxdım
ki,   gedəsən?»   6 Tovit   isə   ona   deyirdi:
«Sakit ol, özünü ələ al, əzizim! Oğlumuz
sağ-salamatdır.   Yəqin,   orada   nəsə
gözlənilməz   iş   çıxıb.   Onun   yol   yoldaşı
etibarlı   adamdır,   özü   də   bizim
qohumlarımızdan   biridir.   Narahat   olma,
əzizim,   o,   tezliklə   qayıdacaq».   7 O   da
cavab   verirdi:   «Məni   rahat   burax,   məni
aldatma, uşağım ölüb». O hər gün tələsik
evdən çıxıb oğlunun getdiyi yola baxırdı;
heç kəs onu inandıra bilmirdi. Gün batanda
isə   qayıdıb   yas   tutaraq   bütün   gecə   boyu
ağlayır və gözünə yuxu getmirdi.

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin