Edom və Filişt ölkəsində əldə edilən uğurlar 65 Yəhuda və onun qardaşları yola çıxıb
cənub torpağında olan Esav övladları ilə
döyüşdülər. O, Xevrona və ətrafındakı
kəndlərə zərbə vurdu, onun qalalarını
dağıtdı və ətrafındakı qüllələri yandırdı.
66 Sonra çıxıb qonşuluqdakı yadellilərin
torpağına getdi və Marisadan keçdi.
67 Həmin gün döyüşdə kahinlər həlak
oldular; onlar igidlik etmək istəyərək
ehtiyatsızlıqla döyüşə çıxmışdılar.
68 Yəhuda qonşuluqdakı yadellilərin
torpağı olan Azota yönəldi. Onların
qurbangahlarını dağıtdı, allahlarının oyma
bütlərinə od vurub yandırdı, şəhərlərindən
qənimət ələ keçirdi və Yəhudeya torpağına
qayıtdı.
6