etməsi, ətraf şəhər olan Bet-Suru da
möhkəmləndirmələri ona bildirildi.
8 Padşah bu sözləri eşidəndə heyrətə düşüb
sarsıldı. Yatağa düşüb kədər üzündən
zəifliyə düçar oldu, çünki işlər onun
istədiyi kimi getməmişdi. 9 Bir xeyli gün
belə qaldı, böyük kədər hər dəfə onda
təkrarlanırdı. O düşündü ki, artıq ölür.
10 Bütün dostlarını çağırıb dedi:
«Gözlərimə yuxu getmir və ürəyim təlaşla
dolub. 11 Ürəyimdə dedim: mən necə bir
bəlaya düşdüm, indi içində olduğum böyük
təlatümə uğradım! Mən ki xeyirxah idim
və hakimiyyətdə olarkən sevilirdim.
12 Amma indi Yerusəlimdə etdiyim pisliyi
xatırlayıram; oradakı bütün qızıl-gümüş
qabları qənimət apardım, nahaq yerə
Yəhuda sakinlərini qırmaq üçün qoşun
göndərdim. 13 Bilirəm ki, bu səbəbdən bu
bəlaya düçar oldum və budur, böyük kədər
içində qürbət yerdə ölürəm». 14 Sonra o,
öz dostlarından biri olan Filipi çağırıb onu
bütün padşahlığının idarəçisi təyin etdi.
15 Tacını, şahlıq libasını və möhür
üzüyünü ona verdi. Oğlu Antioxun tərbiyə
alaraq padşahlığa hazırlanmasına qərar
verdi. 16 Yüz qırx doqquzuncu ildə padşah
Antiox öldü. 17 Lisiya padşahın öldüyünü
biləndə oğlu Antioxu onun yerinə taxta
çıxardı; ona cavanlığından bəri tərbiyə
verirdi. Lisiya ona Evpator adını verdi.
Dostları ilə paylaş: