çaldılar. 34 Filləri döyüşə təşviq etmək
üçün onlara üzüm və tut şirəsi göstərildi.
35 Bu heyvanları dəstələrə ayırdılar. Hər
filin ətrafına halqalı zireh geymiş və
başlarına tunc dəbilqə qoymuş min əsgər
yerləşdirdilər, bundan başqa, hər filə beş
yüz seçmə süvari təyin olunmuşdu.
36 Döyüşçülər qabaqca fillərin olduğu
yerdə hazır olurdular, onların yanından
çəkilməyərək getdikləri yerə gedirdilər.
37 Hər heyvanın üstündə onu örtən
möhkəm taxta qüllə var idi və onun üzəri
qoşqu ilə dövrələnmişdi. Bunlardan hər
birində də dörd güclü adam var idi ki,
bunların üzərində döyüşürdülər, həmçinin
hər filin Hindli sürücüsü vardı. 38 Qalan
süvarilər isə qoşunun hər iki cinahında – o
tərəf-bu tərəfdə yerləşdirilmişdilər; onlar
işarə verməli və döyüş sıralarını
möhkəmləndirməli idilər. 39 Günəşin işığı
qızıl və tunc qalxanlarda parlayanda
bunlardan dağlar da parıldadı və odlu
çıraqlar kimi işıq saçdı. 40 Padşah
qoşununun bir hissəsi dağların üzərinə, o
biri hissəsi isə vadiyə yayılmışdı. Onlar
inamla və nizamla irəliləyirdilər. 41 Çoxlu
kütlənin səs-küyünü, böyük qoşunun
yürüşünü, əsləhələrin toqquşmasını eşidən
hər kəs lərzəyə düşürdü, çünki qoşun çox
böyük və güclü idi. 42 Yəhuda və onun
qoşunu döyüşmək üçün meydana girdi və
padşah qoşunundan altı yüz nəfər həlak
oldu. 43 Avaran adlanan Eleazar fillərdən
birinin padşah zirehi ilə örtüldüyünü və
başqalarından üstün olduğunu görəndə
padşahın onun üzərində olduğunu zənn
etdi. 44 Xalqının xilası naminə o, özünü
fəda etdi və özünə əbədi bir ad qazandı.
45 Cəsarətlə filin üzərinə, sıranın ortasına
hücum etdi; sağa-sola ölüm saçırdı və
düşmən onun qabağından o tərəf-bu tərəfə
dağıldı. 46 O, filin altına atıldı, altdan ona
qılıncla zərbə vurub onu öldürdü. Fil yerə,
onun üstünə yıxıldı və o da öldü.
47 Yəhudilər padşahın gücünü və
qoşununun qüvvəsini görüb onların
qabağından geri çəkildilər.
Dostları ilə paylaş: