Bet-Surun alınması və Suriyalıların Sion dağını mühasirəyə alması 48 Padşah qoşunu isə onlarla qarşılaşmaq
üçün Yerusəlimə irəlilədi. Padşah
Yəhudeyada və Sion dağında ordugah
qurdu. 49 O, Bet-Surda olanlarla sülh
bağladı. Onlar şəhərdən çıxdılar, çünki
orada mühasirəyə oturmaq üçün ərzaqları
yox idi, belə ki o il torpağın dinclik ili idi.
50 Padşah Bet-Suru ələ keçirdi və oranı
qorumaq üçün orada bir keşikçi dəstəsi
qoydu. 51 Xeyli müddət məbədin
qarşısında ordugah qurdu və orada atıcı
alətlər üçün mövqelər, döyüş qurğuları, od
və daş mancanaqları, ox atmaq üçün alətlər
və sapandlar qoydu. 52 Lakin Yəhudilər də
onların döyüş qurğularının qarşısında
qurğular hazırladılar və uzun müddət
döyüşdülər. 53 Amma anbarlarında
ərzaqları yox idi, çünki yeddinci il idi və
bütpərəstlərdən Yəhudeyaya qaçıb
qurtulanlar qalan ərzaq ehtiyatlarını yeyib
qurtarmışdılar. 54 Məbədin yanında az
miqdarda adam qalmışdı, çünki aclıq
onlara üstün gəlirdi. Hər kəs öz yerinə
dağıldı.