Nikanor Yəhudeyada 26 Onda padşah öz şöhrətli qoşun
başçılarından biri, İsrailə nifrət və
düşmənçilik münasibəti bəsləyən Nikanoru
göndərib bu xalqı məhv etməyi ona əmr
etdi. 27 Nikanor Yerusəlimə çoxsaylı bir
qoşunla gələrək Yəhuda və onun
qardaşlarına xəbər göndərib hiylə ilə
sülhsevər sözlər danışdı. 28 O dedi: «Qoy
bizim aramızda müharibə olmasın, mən
sizinlə sülh içində görüşmək üçün az
adamla gələcəyəm». 29 O, Yəhudanın
yanına gəldi və onlar bir-birlərini sülhlə
salamladılar. Amma düşmənlər Yəhudanı
tutmaq üçün hazır durmuşdular.
30 Yəhudaya Nikanorun onun yanına hiylə
ilə gəldiyi məlum oldu, buna görə də
təşvişə düşdü və daha onunla görüşmək
istəmədi. 31 Nikanor niyyətinin ona aşkar
olduğunu
biləndə
Xafarsalama
yaxınlığında Yəhuda ilə döyüşmək üçün
qarşılaşdı. 32 Nikanorun yanında
olanlardan beş yüzə qədər adam həlak
oldu, qalanları isə Davud şəhərinə qaçdılar.