Deuterokanonik kitabları Yoxlama versiyası



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə79/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   75   76   77   78   79   80   81   82   ...   304
Barux

Məbədə qarşı hədə-qorxu
33 Bu   hadisələrdən   sonra   Nikanor   Sion
dağına   qalxdı.   Kahinlərdən   və   xalqın
ağsaqqallarından bəzisi məbəddən çıxdılar
ki, onu sülhlə salamlasınlar və padşah üçün
təqdim   edilən   yandırma   qurbanlarını   ona
göstərsinlər. 34 Amma Nikanor lağa qoyub
onlara   güldü,   onları   murdarladı   və
təkəbbürlə   danışdı.   35 And   içib   qəzəblə
dedi: «Əgər indi Yəhuda və onun qoşunu
mənə   təslim   edilməsə,   mən   sülhlə   geri
qayıdan   kimi   bu   evə   od   vuracağam!»
Sonra böyük qəzəb içində oranı tərk etdi.
36 Onda kahinlər içəri girərək qurbangahın
və   məbədin   önündə   durub   ağladılar   və
dedilər: 37 «Sən, ya Rəbb, bu evi seçdin
ki, Sənin adın onun üzərində çağırılsın, o,
dua   evi   və   xalqın   təmənna   yeri   olsun.
38 Bu adamdan və onun qoşunundan qisas
al,   qoy   qılıncdan   keçirilsinlər.   Küfrlərini
xatırla və onlara möhlət vermə».

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin