çalışıb dedilər: «Biz buna qadir deyilik,
indi yalnız canımızı qurtara bilərik. Sonra
soydaşlarımızla birlikdə qayıdıb onlarla
döyüşərik, indi isə sayımız azdır».
10 Yəhuda isə dedi: «Onlardan qaçmaq
qoy məndən uzaq olsun! Əgər vaxtımız
çatıbsa, soydaşlarımız uğrunda igidliklə
ölək, şərəfimizə ləkə gətirməyək».
11 Düşmən qoşunu ordugahdan çıxıb
onlarla üzbəüz durdu; süvarilər iki hissəyə
bölündü, qoşunun qabağında sapandçılar,
oxatanlar və bütün güclü öndə gedən
döyüşçülər gedirdi. Bakxid isə sağ cinahda
idi. 12 Hər iki tərəfdən döyüş sıraları bir-
birinə yaxınlaşdı və borular çalındı.
Yəhuda tərəfdən də borular çalındı.
13 Qoşunların səs-küyündən yer lərzəyə
gəlirdi. Səhərdən axşama qədər qızğın
döyüş oldu. 14 Yəhuda Bakxidin və onun
əsas qoşununun sağ tərəfdə olduğunu
gördü; onda bütün cəsur döyüşçülər onun
ətrafına toplaşdı. 15 Onlar qarşı tərəfin sağ
cinahını dağıtdılar və düşmənləri Azot
dağına qədər təqib etdilər. 16 Amma sol
cinahda olanlar sağ cinahın dağıdıldığını
görəndə dönüb Yəhuda və onun
adamlarının dalınca düşdülər ki, arxadan
onlara zərbə vursunlar. 17 Ağır döyüş oldu,
hər iki tərəfdən çoxlu adam vurularaq yerə
sərildi. 18 Yəhuda da həlak oldu və
qalanlarsa qaçdılar.
Dostları ilə paylaş: