danışılanlardan sonra Yonatana və onun
qardaşı Şimona çatdırdılar ki, Yambri
övladları böyük bir toy keçirirlər və
Kənanlı bir nüfuzlu əyanın qızını böyük
müşayiətlə Nadabatdan gəlin aparırlar.
38 Onda qardaşları Yəhyanın ölümünü
yada salaraq qalxıb dağın arxasında
gizləndilər. 39 Başlarını qaldırıb gördülər
ki, budur, səs-küylə və çoxlu əmlakla bir
dəstə gedir. Adaxlı, onun dostları və
qardaşları onları qarşılamaq üçün sinclər,
musiqiçilər və çoxlu silahla gəlirlər.
40 Onda Yonatanla birlikdə olanlar
pusqudan onların üzərinə qalxıb onları
öldürdülər. Çoxlu adam vurulub yerə
sərildi, qalanları isə dağa qaçdılar və
onların bütün qənimətlərini götürdülər.
41 Toy yasa, çalğı ağıya çevrildi.
42 Beləcə, öz qardaşlarının qanına görə
qisas aldılar və sonra İordan çayının
bataqlıq yerlərinə qayıtdılər.
Dostları ilə paylaş: