niyyətlərini bildilər. 61 Yonatan və
tərəfdarları ölkənin əhalisi arasında bu şər
işə başçılıq edənlərdən əlliyə qədər adamı
tutub öldürdülər. 62 Bundan sonra
Yonatan, Şimon və onların tərəfdarları
çöllükdə olan Bet-Basiyə getdilər, oranın
dağıdılmış yerlərini bərpa edib şəhəri
möhkəmləndirdilər. 63 Bakxid bunu
biləndə bütün qoşununu topladı və
Yəhudeyada olan tərəfdarlarına da göstəriş
verdi. 64 Sonra irəliləyib Bet-Basini
mühasirəyə aldı. Oraya qarşı uzun müddət
döyüşdü və döyüş qurğuları hazırladı.
65 Yonatan isə qardaşı Şimonu şəhərdə
qoyub özü az sayda əsgərlə ölkəni
dolaşmağa getdi. 66 O, Odomera və onun
qardaşlarına, Fasironun övladlarına öz
çadırlarında ikən zərbə vurdu. Onları
qırmağa başladılar və hərbi qüvvə ilə
hücuma keçdilər. 67 Onda Şimon və
yanındakılar şəhərdən çıxıb döyüş
qurğularına od vurdular. 68 Bakxidə qarşı
döyüşdülər və o, Yəhudilər tərəfindən
darmadağın olundu. Beləcə, onu olduqca
məyus etdilər, çünki onun niyyəti və
yürüşü nəticəsiz oldu. 69 Bakxid ona bu
ölkənin üzərinə getməyi məsləhət görən
qanunu tanımayan adamlara olduqca
qəzəbləndi, onlardan çoxunu öldürdü və
sonra öz torpağına qayıtmağı qərara aldı.
70 Yonatan bunu biləndə ağsaqqalları onun
yanına göndərdi ki, onunla sülh müqaviləsi
bağlasın və əsirləri geri qaytarsın.
71 Bakxid bu təklifi qəbul etdi, onun
sözlərinə əməl etdi və bütün ömrü boyu
ona qarşı hec bir pisliyə cəhd
etməyəcəyinə and içdi. 72 O, əvvəllər
Yəhuda torpağında əsir aldığı adamları ona
qaytardı. Oradan çıxıb öz torpağına qayıtdı
və onların hüdudlarına bir daha gəlmədi.
73 İsrail müharibədən dinclik tapdı.
Yonatan Maxmasda sakin oldu. O, xalqa
hakimlik etməyə başladı və İsraildə
dinsizləri yox etdi.
10
Dostları ilə paylaş: