ona al-qırmızı libas geyindirsinlər. Belə də
etdilər. 63 Sonra padşah Yonatanı yanında
oturtdu və idarəçilərinə dedi: «Onunla
birgə şəhərin ortasına çıxıb bəyan edin ki,
bu adamı heç kəs hər hansı bir işdə ittiham
etməsin və onu hər hansı bir səbəbdən
narahat etməsin». 64 Yonatanı ittiham
edənlər onun bəyan edilən izzətini və al-
qırmızı libasa büründüyünü görəndə
hamısı qaçıb dağılışdı. 65 Beləcə, padşah
Yonatanı izzətləndirib onu əsas dostlarının
siyahısına yazdı, onu sərkərdə və vali təyin
etdi. 66 Sonra Yonatan sülh və fərəh içində
Yerusəlimə qayıtdı.
Dostları ilə paylaş: