Deuterokanonik kitabları Yoxlama versiyası


Yonatan Dimitriyə qarşı çıxır



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə97/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   93   94   95   96   97   98   99   100   ...   304
Barux

Yonatan Dimitriyə qarşı çıxır
54 Bunlardan   sonra   Trifon   geri   qayıtdı,
hələ cox cavan olan Antiox da onunla birgə
idi.   Antiox   padşah   oldu   və   başına   tac
qoydu.   55 Dimitrinin   buraxdığı   bütün
qoşunlar onun tərəfinə keçdilər və Dimitri
ilə döyüşməyə başladılar. Dimitri qaçmağa
üz qoydu və məğlub oldu. 56 Trifon filləri
götürüb   Antakyanı   nəzarət   altına   aldı.
57 Cavan   olan   Antiox   Yonatana   məktub
yazdı   ki,   orada   deyilirdi:   «Səni   baş
kahinliyə təyin edirəm, səni dörd bölgənin
idarəçisi   qoyuram   və   padşahın   dostları
arasında olacaqsan». 58 O, Yonatana qızıl
qablar və masa əşyaları göndərdi, ona qızıl
qablardan   içmək,   al-qırmızı   libas
geyinmək   və   qızıl   toqqa   taxmaq
səlahiyyətini   verdi.   59 Yonatanın   qardaşı
Şimonu   isə   Sur   yüksəkliyindən   Misir
sərhədlərinə qədər sərkərdə təyin etdi.
60 Onda   Yonatan   yürüşə   çıxdı,   Fərat
çayının   qərb   sahilini   və   orada   olan
şəhərləri   dolaşdı.   Bütün   Suriya   qoşunları
onu   dəstəkləyib   ətrafına   toplaşdılar.   O,
Aşkelona   gəldi   və   şəhər   sakinləri   onu
təntənə   ilə   qarşıladı.   61 Oradan   Qəzzəyə
getdi,   amma   Qəzzə   sakinləri   şəhər
qapılarını   bağladılar.   Yonatan   da   şəhəri
mühasirəyə   aldı,   onun   ətraf   yerlərini   od
vurub   yandırdı   və   talan   etdi.   62 Qəzzə
sakinləri Yonatana xahişlə müraciət etdilər,
Yonatan   da   onlarla   sülhə   gəldi,   amma
onların   başçılarının   oğullarını   girov
götürüb Yerusəlimə göndərdi. Sonra ölkəni
Dəməşqə   qədər   dolaşdı.   63 Yonatan
Dimitrinin   qoşun   başçıları   və   çoxsaylı
qoşunla   Qalileyayada   olan   Qadeşə
gəldiyini   eşitdi;   onlar  Yonatanı   vəzifədən
kənar   etmək   istəyirdilər.   64 Yonatan   da
qardaşı   Şimonu   ölkədə   qoyub   onları
qarşılamağa   getdi.   65 Şimon   Bet-Surun
qarşısında   ordugah   qurdu,   uzun   müddət
oranı mühasirədə saxladı və şəhəri bağladı,
66 Axırda   sakinlər   ondan   sülh   xahiş
etdilər.   O   da   onlarla   sülhə   gəldi.  Amma
onları şəhərdən çıxartdı. Şəhəri ələ keçirib
orada keşikçi dəstəsi qoydu. 67 Bu arada
Yonatan   və   onun   qoşunu   Gennesar   gölü
yaxınlığında   ordugah   qurmuşdu.   Onlar
səhər   erkən   Asor   düzənliyinə   qalxıb-
getdilər.   68 Budur,   yadellilərin   qoşunu
onunla   düzənlikdə   qarşı-qarşıya   gəldi.
Onlar   Yonatana   dağlarda   pusqu
qurmuşdular, özləri isə onun qarşısına əks
tərəfdən  gəlirdilər.  69 Pusquda  olanlar  öz
yerlərindən çıxıb döyüşə girdilər. 70 Onda
Yonatanla   olanların   hamısı   qaçdı.   Qoşun
hissələrinin   başçıları   olan   Abşalom   oğlu
Mattatiyadan   və   Xalfi   oğlu   Yəhudadan
başqa   heç   kim   qalmadı.   71 Yonatan
77


paltarlarını cırdı, başına torpaq töküb dua
etdi.   72 Sonra   düşmənlə   döyüşmək   üçün
geri dönüb onları məğlubiyyətə uğratdı və
onlar   qaçdılar.   73 Qaçan   əsgərləri   bunu
görəndə Yonatanın yanına qayıdıb onunla
birlikdə   düşməni   öz   ordugahlarına   –
Qadeşə qədər təqib etdilər və orada özləri
ordügah qurdular. 74 O gün yadellilərdən
üç   minə   qədər   adam   həlak   oldu.   Sonra
Yonatan Yerusəlimə qayitdı.
12

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin