Deuterokanonik kitabları Yoxlama versiyası


Yonatanın Spartalılarla əlaqələri



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə98/304
tarix31.12.2021
ölçüsü0,96 Mb.
#112485
1   ...   94   95   96   97   98   99   100   101   ...   304
Barux

Yonatanın Spartalılarla əlaqələri
1 Yonatan   vaxtın   özü   üçün   əlverişli
olduğunu   görərək   adamlar   seçib   Romaya
göndərdi   ki,   onlarla   dostluq   əlaqələrini
qurub bərpa etsin. 2 Spartalılara və başqa
yerlərə   də   həmin   məqsədlə   məktublar
göndərdi.   3 Bu   adamlar   Romaya   gəldilər
və   məşvərət   şurasına   daxil   olub   dedilər:
«Baş kahin Yonatan və Yəhudi milləti bizi
göndərib   ki,   sizinlə   dostluğu   və   əvvəldə
olduğu kimi ittifaqı bərpa edək». 4 Orada
bu   adamlara   yerli   idarəçilər   üçün
məktublar   verdilər   ki,   onlar   bu   adamları
sülhlə   Yəhuda   torpağına   yola   salsınlar.
5 Yonatanın Spartalılara yazdığı məktubun
surəti   budur:   6 «Baş   kahin   Yonatan,
millətin   ağsaqqalları,   kahinlər   və   qalan
Yəhudi   icmasından   Spartalı   qardaşlara
salamlar!   7 Əvvəllər   sizə   padşahlıq   edən
Ares   tərəfindən   baş   kahin   Oniyaya   bir
məktub   göndərilmişdi.   O   məktubda
bildirilirdi ki, siz bizim qardaşlarımızsınız;
bu, məktubun surətindən görünür. 8 Oniya
göndərilən   adamı   təntənə   ilə   qəbul   etdi.
Açıqcasına ittifaq və dostluqdan danışılan
bir   məktub   aldı.   9 Əlimizdə   olan
Müqəddəs Kitablar bizə təsəlli olduğundan
bunlara   ehtiyacımızın   olmamasına
baxmayaraq,   10 qardaşlığın   və   dostluğun
bərpası üçün sizə təklif göndərməyə cəhd
etdik   ki,   sizə   yadlaşmayaq.   Çünki   bizə
məktub   göndərdiyinizdən   bəri   xeyli   vaxt
keçdi.   11 Amma   biz   hər   vaxt   durmadan
həm   bayramlar,   həm   də   qalan   təyin
olunmuş günlərdə qurban təqdim edərkən
və dua edərkən sizi yada salırıq; qardaşları
yada   salmaq   lazımdır   və   bu,   layiqli   bir
işdir. 12 Şöhrətiniz bizi sevindirir. 13 Bizsə
çoxlu   bəla,   saysız   müharibələrlə   əhatə
olunduq,   ona   görə   ki   ətrafdakı   padşahlar
bizimlə müharibə etdilər. 14 Amma biz bu
müharibələr   zamanı   sizi,   digər
müttəfiqlərimizi   və   dostlarımızı   narahat
etmək   istəmədik.   15 Çünki   bizim
göylərdən   köməyimiz   var   ki,   bizə
havadarlıq   edir.   Biz   düşmənlərimizin
əlindən   qurtulduq   və   düşmənlərimiz
alçaldı.   16 Biz  də  Antiox  oğlu  Numenini
və Yason oğlu Antipateri seçib Romalılarla
dostluğu   və   əvvəlki   ittifaqı   bərpa   etmək
üçün onların yanına göndərdik. 17 Onlara
sizi salamlamaq üçün yanınıza getməyi və
sizinlə   qardaşlığımızın   bərpa   edilməsi
barədə   məktubu   bizdən   sizə   çatdırmağı
əmr   etdik.   18 Bizə   bunların   müqabilində
cavab versəniz, yaxşı iş görmüş olarsınız».
19 Oniyaya   göndərilən   məktubun   surəti
budur: 20 «Sparta padşahı Aresdən böyük
kahin   Oniyaya   salamlar!   21 Yazılardan
məlum   olur   ki,   Spartalılarla   Yəhudilər
qardaşdırlar   və   İbrahimin   nəslindəndirlər.
22 İndi biz bu barədə bilərkən bizə əmin-
amanlıqda   olduğunuz   barədə   yazsanız,
yaxşı iş görmüş olarsınız. 23 Biz də sizə
qarşılıqlı   yazırıq:   bizim   mal-qaramız   və
əmlakımız sizindir, sizinkisə bizimdir. Biz
qasidlərimizə   sizə   bu   barədə   bildirməyi
əmr etdik».

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   304




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin