Dil ictimai hadisədir



Yüklə 261,15 Kb.
Pdf görüntüsü
tarix16.06.2022
ölçüsü261,15 Kb.
#116986
Dil ictimai hadis dir



Qida Sənayesi Kolleci 
Nitq mədəniyyəti
 
1. “Dil ictimai hadisədir” dedikdə nə nəzərdə tutulur? Ən dolğun cavabı seçin. 
A) insanların bir-biri ilə ünsiyyət yaratması 
B) dilin yalnız cəmiyyət daxilində meydana gəlib inkişaf etməsi 
C) ictimai birliklərin dili inkişaf etdirməsi 
D) dildə beynəlmiləl sözlərin işlənməsi 
E) dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə formalaşması 
2. Nitq mədəniyyətinə aid edilmiş cəhətlərdən biri yanlışdır. 
A) Nitq mədəniyyəti nəzəri dilçilik sahəsi olub, hər hansı bir dilin normalarını müəyyənləşdirən 
təcrübi tədbirlər kompleksidir. 
B) Nitq mədəniyyəti tətbiqi dilçilik sahəsidir. 
C) Nitq mədəniyyəti ümumi mədəniyyətin tərkib hissəsi olub, dilin normalarını müəyyənləşdirən 
nəzəri axtarışlar kompleksidir. 
D) Nitq mədəniyyətinin əsas tələblərindən biri nitqin aydınlığı və düzgünlüyüdür. 
E) Nitq mədəniyyəti anlayışına yazı mədəniyyəti də daxildir. 
3. “Babamın maraqlı yaddaşına söz ola bilməzdi” cümləsində hansı norma pozulub?
A) Leksik B) Fonetik C) Qrammatik D) Fonetik , Qrammatik E) Leksik, Fonetik
4. “Silahlı əsgərlər kəndin sakit sakinlərinə amansız divan tutdular” – cümləsində ədəbi dilin hansı 
norması pozulmuşdur?
A) leksik B) fonetik C) orfoqrafik D) qrammatik E) orfoepik
5. İki azərbaycanlı uşağı iki-üç yaşından özgə dil mühitinə düşüb. Ətrafda olanların əksəriyyəti
ingiliscə danışır. Bir otaqda yaşayan bu uşaqların ingilis tərbiyəçisi rusca da bilir. Sonradan bu 
uşaqlar hansı dildə danışmış olacaqlar? 
A) həm ingiliscə, həm azərbaycanca 
B) azərbaycanca 
C) ingiliscə 
D) həm azərbaycanca, həm rusca 
E) rusca 
6. “Orxan və mən Dəli Kür romanını oxudum” nümunəsində ədəbi dilin hansı norması 
pozulmuşdur?
A) fonetik, leksik, qrammatik 
B) fonetik, qrammatik 
C) leksik 
D) fonetik 
E) qrammatik 


7. Ədəbi dilin leksik normasının əsas tələbi hansıdır? 
A) Sözün düzgün tələffüz edilməsi 
B) Sözün düzgün yazılması 
C) Sözlər və cümlələr arasında əlaqələrin düzgün qurulması 
D) Sözün düzgün tələffüz edilməsi və düzgün yazılması 
E) Sözün mənasına bələd olmaq, onu düzgün və yerində işlətmək. 
8. “Salam gətirmişəm hüzuruna mən” (S. Vurğun) nümunəsində ədəbi dilin hansı norması 
pozulmuşdur? 
A) leksik, fonetik B) leksik, qrammatik 
C) qrammatik D) fonetik 
E) norma pozulmamışdır. 
9. Sözlər və cümlələr arasında əlaqələr nitqdə düzgün qurulmursa, hansı norma pozulmuş 
sayılmalıdır? 
A) qrammatik və fonetik
B) fonetik 
C) leksik 
D) qrammatik 
E) fonetik və leksik 
10. Dil haqqında verilənlərdən biri düzgün deyil: 
A) əşyalara ad vermək 
B) yeganə ünsiyyət vasitəsi olmaq 
C) fikri ifadə etmək 
D) insanlar arasında əlaqə yaratmaq 
E) ən mühüm ünsiyyət vasitəsi olmaq 
11. “Anar qapının qulpundan tutub dayanmışdı” 
cümləsində ədəbi dilin hansı norması pozulmuşdur? 
A) yalnız qrammatik
B) yalnız fonetik 
C)leksik və qrammatik 
D) yalnız leksik 
E)fonetik və qrammatik 
12.”Dostum və mən Uzaq sahillərdə filminə baxdım” nümunəsində ədəbi dilin hansı norması 
pozulmuşdur?
A) fonetik, qrammatik 
B) fonetik, leksik, qrammatik 
C) leksik, qramatik 
D) fonetik
E) qrammatik 
13. Onun bəstələdiyi şeirləri xalq sevə-sevə oxuyurdular. 
Nümunədə ədəbi dilin hansı normaları pozulub? 
A) fonetik, qrammatik 
B) leksik 
C) qrammatik, leksik
D) qrammatik 
E) fonetik, leksik, qrammatik 
14.“Dilin yaranması üçün insan orqanizminin fizioloji cəhətdən müəyyən şəkildə formalaşması 
vacibdir” fikrinə hansı amillər aiddir? 
1. İnsanın boy atıb həddi-büluğa çatması 
2. İnsanın müəyyən irsə mənsub olması 


3.Danışıq üzvlərinin formalaşması 
4. İnsan bədəninin şaquli şəklə düşməsi 
5. Şüurun daşıyıcısı olan beyinin inkişafı 
A) 1,3 B) 1,3,5 C) 2,4 D) 3,4,5 E) 2,4,5 
15. Natiqlik bir elm kimi harada meydana gəlmişdir? 
A) Hindistanda 
B) Misirdə 
C) Yunanıstanda 
D) Çində 
E) Yaponiyada 
16. Sordu: “Köhnə qızılmı, təzə sözmü yaxşıdır?” 
Söz sərrafı söylədi: “Söz dünyanın naxışıdır”. Misraların müəllifi kimdir? 
A) X.Şirvani
B) M.Füzuli C) N.Gəncəvi D) M.Gəncəvi 
E) Q.Təbrizi 
17. “Nərgiz bacısının uzun saçlarından hörüy toxuyurdu” 
cümləsində ədəbi dilin hansı norması pozulmuşdur? 
A) yalnız fonetik 
B) yalnız qrammatik
C) yalnız leksik 
D) fonetik və leksik
E) leksik və qrammatik 
18. Nitqin aydın olması üçün verilən tələblərdən biri yanlışdır. 
A) Adi intonasiyadan istifadə etmək 
B) Danışılacaq mövzu ilə bağlı material və faktlar toplamaq 
C) Materialı sistemləşdirmək 
D) Məntiqi vurğulu sözü nəzərə çarpacaq dərəcədə tələffüz etməyə nail olmaq 
E) Mətndəki mənası çətin sözləri izah etmək 
19. Nitqin aydınlığı üçün tələb olunan şərtlərdən biri düzdür. 
A) Mətndəki çətin sözləri öyrənmək və izah etmək 
B) Yalnız adi intonasiyadan istifadə etmək 
C) Sözlərin axırının tələffüz edilməməsi 
D) Məhəlli sözlərə yer vermək 
E) Əcnəbi sözlərin lüzumsuz işlədilməsi 
20. “Yeganə yol havadan təyyarə və vertalyotla idi” cümləsində mədəni nitqin hansı tələbi 
pozulub? 
A) Düzgünlük
B)Yığcamlıq C) Dəqiqlik D) Aydınlıq E) Təmizlik 


21. Natiq nitqin aydın olması üçün aşağıdakılara əməl etməlidir. Biri yanlışdır. 
A) Auditoriya və ya müsahiblə əks əlaqənin qurulmaması 
B) Qrammatik formaları düzgün və aydın tələffüz etmək 
C) Məzmuna uyğun intonasiya seçmək 
D) İstinad olunan mənbəni nəzərə çatdırmaq 
E) Mənası çətin sözləri izah etmək 
22. Nitqdə məhəlli dialektlərə və yerli şivələrə məxsus danışıq tərzinə yol verilirsə, mədəni nitqin 
hansı tələbi pozulur? 
A) Təmizliyi
B) Səlisliyi 
C) Dəqiqliyi
D) Aydınlığı
E) Münasibliyi 
23. Nitqin təmizliyi ilə bağlı şərtlərdən biri yanlışdır. 
A) Məhəlli dialekt və şivələrə yer vermək
B) Əcnəbi sözlərin lüzumsuz işlədilməməsi 
C) Jarqon sözlərin və ifadələrin işlədilməməsi 
D) Tüfeyli sözlərlə bağlı qüsurların aradan qaldırılması 
E) Təhqiramiz ifadələrə yol verməmək 
24. Bunlardan biri nitqin xarici komponentidir. 
A) Jest
B) Vurğu 
C) Fasilə 
D) Temp 
E) Melodiya 
25. Yunan natiqliyinin tənəzzülündən sonra onun mərkəzi hara köçür? 
A) Qədim Afinaya
B) Qədim Misirə 
C) Qədim Romaya
D) Qədim Babilistana
E) Makedoniyaya 
26. Nitqdə antonimlərdən hansı məqsədlər üçün istifadə olunur? Biri yanlışdır. 
A) Antonimlərdən yalnız bədii üslubda istifadə olunur. 
B) Nitqdə lakoniklik, konkretlik yaradır. 
C) Nitq prosesində təzadlı hadisə və əşyaları qabarıq şəkildə nəzərə çatdırır. 
D) Nitqin təsir gücünü artırır. 
E) Bədii nitqdə həm mütləq, həm də mətni və ya üslubi antonimlərdən istifadə olunur. 
27. “Çox sözün kərpic tək qiyməti olmaz,


Az sözün inci tək qiyməti solmaz”. 
Bu beytin müəllifi kimdir və mədəni nitqin hansı tələbi nəzərdə tutulur? 
A) S.Şirazi, Aydınlıq
B) N.Gəncəvi, Yığcamlıq C) M.Şəhriyar, Yığcamlıq 
D) Ə.X.Dəhləvi, Yığcamlıq
E) İ.Nəsimi, Yığcamlıq 
28. Mədəni nitqə verilən tələblərdən biri yanlış verilmişdir. 
A) Münasiblik
B) Aydınlıq C) Monotonluq 
D) İfadəlilik E) Dəqiqlik 
29. “Mədəni danışıqda başqasını təhqir etmək məqsədi daşıyan sözlərə yol verilməməlidir”. Bu 
mədəni nitqin hansı tələbinə aiddir. 
A) Sadəlik 
B) Təmizlik C) Aydınlıq D) Dəqiqlik E) Zənginlik 
30. Bu əlamətlər nitqin zənginliyini yaradan vasitələrdir. Verilənlərdən biri yanlışdır. 
A) Yığcamlıq 
B) İntonasiya çalarlarının müxtəlifliyi 
C) Nitqin informasiya, məzmun cəhətdən dolğunluğu 
D) Mütaliə, danışanın intellektuallığı 
E) Dilin qrammatik və üslubi imkanlardan səmərəli istifadə 
31. Bu amillər nitqin sadəliyini pozur. Verilənlərdən biri yanlışdır. 
A) Qrammatik və üslubi imkanlardan istifadə 
B) Sözçülük, cümləpərdazlıq 
C) Qondarma, təmtəraqlı söz və ifadələrin işlədilməsi 
D) Anlaşılmayan söz və terminlərin işlədilməsi 
E) Eyni fikrin təkrar- təkrar ifadəsi 
32. Nitqə müvəffəqiyyət qazandıran amillər hansıdır? 
A) Nitq mənalı, dolğun və ifadəli olmalıdır. 
B) Nitq sadə olmalıdır. 
C) Nitq aydın olmalıdır. 
D) Nitq elmi olmalıdır. 
E) Nitq orijinal olmalıdır. 


33. Müəllim, həkim, sürücü, satıcı, müdir, professor və s. sözləri nitq etiketlərinin hansı növünə 
aiddir? 
A) Ayrılma B) Alqış 
C) Müraciət D) Söhbətə qoşulma E) Görüşmə 
34. Mədəni nitqin bu tələbi ədəbi dil normalarına tabe olmağı tələb edir? 
A) Aydınlıq B) Zənginlik C) Sadəlik 
D) Dəqiqlik E) Düzgünlük 
35. Nitq haqqındakı fikirlərdən biri yanlışdır. 
A) Nitq ünsiyyət vasitəsidir. 
B) Nitq fərdi-psixoloji hadisədir. 
C) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir. 
D) Nitq fəaliyyətində olan, yəni öz funksiyasını yerinə yetirməkdə olan dildir. 
E) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır. 
36. Bu nitq növündə danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. 
A) məişət dili
B) dialoji nitq
C) monoloji nitq
D) replika 
E) atmaca 
37. Monoloji nitqin formalarından biri yanlış verilmişdir. 
A) Məluma 
tB) Məruzə 
C) Replika 
D) Çıxış 
E) Mühazirə 
38. Bu nitq xüsusi hazırlıq olmadan bədahətən söylənilmiş nitqdir. 
A) Məlumat B) Replika 
C) Dialoji 
D) Məişət nitqi 
E) Spontan 
39. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır. 
A) Hər ikisində həmsöhbətlə əks əlaqə olmur. 
B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər. 
C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir. 
D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan 
istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır. 
E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir. 
40. Orfoqrafiya qaydalarının pozulması nəticəsində baş verən qüsurlar aşağıdakı hallarda özünü 
göstərir. Biri yanlış verilmişdir. 
A) Söz və ifadələrin yerində işlədilməməsində 


B) Xüsusi isimlərinin yazılışında 
C) Mürəkkəb sözlərin yazılışında 
D) Alınma sözlərin yazılışında 
E) İxtisasların yazılışında 
41. Filologiyanın dildən ünsiyyət vasitəsi kimi istifadə qaydalarını öyrənən təcrübi sahəsi: 
A) Nitq mədəniyyəti
B) Üslubiyyat
C) Fonetika
D)Morfologiya 
E) Leksikologiya 
42. Sözlərdən birində ədəbi dilin orfoepik norması pozulub. 
A) [başdayır ]
B) [sənnən] 
C) [məniydim] 
D) [sa:dət] 
E) [nəniyə] 
43. “Onun çox yüksək hafizəsi var” cümləsində ədəbi dilin hansı norması pozulub? 
A) Fonetik 
B) Sintaktik C) Morfoloji D) Üslubi 
E) leksik 
44. “Məlikməmməd bu üç almaları qızlara verdi” cümləsində ədəbi dilin hansı norması pozulub? 
A) Leksik 
B) Qrammatik
C) Üslubi 
D) Fonetik 
E) Orfoepik 
45. Nitq mədəniyyətinin hamı üçün məcburi olan əsas şərti nədir? 
A) Nitqin düzgünlüyü
B) Nitqin ifadəliliyi
C) Nitqin emosionallığı 
D) Nitqin elmiliyi 
E) Nitqin dəqiqliyi 
46. Bunlardan birinin konkret predmeti yoxdur. 
A) Nitq mədəniyyəti
B) Fonetika 
C) Leksikologiya 
D) Morfologiya 
E) Sintaksis 
47. Sözlərin birində ədəbi dilin orfoepik norması pozulub. 
A) [bitgi]
B) [sa:dət] 
C) [vijdan] 
D) [iktidar] 
E) [ailə]
48. Bunlardan biri natiqlik sənətinin cəhətləri sırasında verilə bilməz. 
A) Mimika və jestlərin nəzərə alınmaması 
B) Materialın hazırlanması 
C) Planın tərtibi 


D) Materialın öyrənilməsi 
E) Orfoepik və intonasiya qaydalarına əməl edilməsi 
49. Nitqin zənginliyini və emosionallığını təmin edən başlıca amil hansıdır? 
A) İntonasiya
B) Orfoepik qaydaya əməl etmək C) Orfoqrafiya qaydasına əməl etmək 
D) Diksiyaya əməl etmək E) Ədəbi dildə danışmaq 
50. “İpək tora halqa salma dəmirdən, 
Aydı, gündü gəlib keçir ömürdən”. (A.Alı) Misralarda ədəbi dilin hansı norması pozulub? 
A) Fonetik 
B) Leksik 
C) Orfoepik D) Üslubi 
E) Qrammatik 
51. Verilən fikirlərdən biri yanlışdır. 
A) Dil və nitq ünsiyyət vasitəsidir. B) Dil əsas, nitq isə ondan törəmədir. 
C) Dil ümumi, nitq isə fərdidir.
D) Nitq dəyişkəndir, dil isə az dəyişikliyə uğrayır. 
E) Mədəni nitqin müxtəlif tələbləri vardır. 
52. Üz əzələlərinin mənalı hərəkətləri hansı terminlə ifadə olunur? 
A) Jest
B) Etiket 
C) Mimika D) İntonasiyaE) Ritorika 
53. Xəbər mübtəda ilə uzlaşmırsa, ədəbi dilin hansı norması pozulur? 
A) Fonetik 
B) Morfoloji C) Qrammatik
D) Leksik 
E) Orfoqrafik 
54. Qrammatik normanın pozulduğu cümlə hansıdır? 
A) Şirin bir xatirə tək qalacaqdır dünyada, 
Sevərək yaşayanlar, sevərək ölənlər. 
B) Gənc alim tribunaya qalxdı. 
C) Sənubər kəndə, babasıgilə qonaq gəlmişdir. 
D) Uşaqlar Səlim babadan çox şey öyrəndilər. 
E) Kəndin qərbindəki dərin dərələr yaz gələndə göy otlarla örtülərdi. 
55. “Mən, sən və müəllimlər iclasda iştirak edəcəklər” cümləsində ədəbi dilin hansı norması 
pozulub? 
A) Leksik 
B)Qrammatik C) Morfoloji D) Fonetik 
E) Üslubi 


56. Dilin ünsiyyət funksiyasını düzgün yerinə yetirmək üçün nə tələb olunur? 
A) Fonetik, leksik, qrammatik normalara əməl etmək 
B) Dinləyicinin səviyyəsini nəzərə almaq 
C) Xüsusi tələblərə cavab verən, fərdi gücü olan nitqdə əməl etmək 
D) Leksik-qrammatik normalara əməl etmək 
E) İfadəli və bəlağətli nitqə sahib olmaq 
57. Nitqin tərifi nədir? 
A) Nitq ünsiyyət prosesidir.
B) Nitq dil vahididir. 
C) Nitq qrammatik qaydalardır. 
D) Nitq işarələr sistemidir. E) Nitq ünsiyyət vasitəsidir. 
58. Spontan nitq nədir? 
A) Bədahətən söylənilən nitq
B) Təşkil olunmuş nitq 
C) Müəllimin mühazirəsi
D) Məhkəmə natiqliyi
E) Planlaşdırılmış nitq 
59. Bu fikir kimə məxsusdur? “Mən öz dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”. 
A) A.Bakıxanova 
B) S.Vurğuna
C) H.Əliyevə D) M.F.Axundova 
E) M.Ə.Sabirə 
60. Ədəbi dilin yazılı formasına aid edilən cəhətlərdən biri yanlışdır. 
A) Yazılı ədəbi dildə cümlələr əsasən qısa və quruluşca sadə olur. 
B) Yazılı dildə elmi, texniki , siyasi və digər terminlər çox olur. 
C) Yazılı ədəbi dildə fikrin bütün incəliklərini mütləq əks etdirmək lazım gəlir. 
D) Yazılı ədəbi dil hər hansı bir məlumatın nəsildən nəslə keçməsində əsas rol oynayır. 
E) Yazılı ədəbi dilin tarixi şifahi dildən qədim deyil. 
61. Verilən fikirlərdən biri yanlışdır. 
A) Ümumxalq dili ədəbi dilin cilalanmış qoludur. 
B) Ədəbi dil tarixi hadisədir. 
C) Ədəbi dil normalara tabedir. 
D) Ədəbi dil xalqın ən nümunəvi ünsiyyət vasitəsidir. 
E) Norma düzgün və vahid nitq yaratmağa kömək edir. 


62. Nitq fəaliyyəti dedikdə nə başa düşürsünüz? 
A) Nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemi 
B) Fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitələrini tapmaq 
C) Nitqin ədəbi tələffüz baxımından dəqiqliyi
D) Obrazlılıq və məcazilikdən geniş istifadə edilməsi 
E) Terminlərdən istifadə etməklə elmiliyin gözlənilməsi 
63. Bu bölmədə dil faktı, hadisəsi yox, üsullar, qayda-qanunlar sistemi öyrənilir. 
A) Orfoqrafiya
B) Orfoepiya
C) Nitq mədəniyyəti
D) Leksikologiya 
E) Derivatologiya 
64. “Arzularım yuva salmış hər budaqda, hər yarpaqda”. Misrada ədəbi dilin hansı norması 
pozulmuşdur? 
A) Orfoqrafik
B) Üslubi 
C) Leksik 
D)Qrammatik
E) Orfoepik 
65. “Yıxılsın ağalar, qullar dünyası, 
Dəyişsin insanın, ömrün mənası”. Misralarda ədəbi dilin hansı norması pozulub? 
A) Morfoloji
B) Qrammatik
C) Leksik 
D) Fonetik 
E) Üslubi 
66. Bunların ikisi ədəbi tələffüzün məzmununda xüsusi əhəmiyyət daşıyır. 
A) Tembr, vurğu 
B) Vurğu, leksik məna C) İntonasiya, tembr 
D) Vurğu, intonasiya E) Diksiya, leksik məna 
67. “Babamın maraqlı yaddaşına söz ola bilməzdi” cümləsində hansı söz leksik normaya uyğun 
deyil? 
A) söz
B) babamın 
C) yaddaşına
D) maraqlı 
E) ola bilməzdi 
68. Ədəbi dilin qrammatik normasının əsas tələbi: 
A) Sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulması 
B) Sözün mənasına bələd olmaq, onu düzgün işlətmək 
C) Milli sözləri daha çox işlətmək 
D) Sözü düzgün tələffüz etmək və düzgün yazmaq 
E) Məhəlli, yerli sözləri nitqdə işlətmək 


69. Düzgün nitq forması sayılır ki: 
A) Dilin fonetik, leksik, qrammatik qayda-qanunları pozulmasın. 
B) Obrazlılıq və məcazilikdən geniş istifadə edilsin. 
C) Ancaq ümumişlək sözlərdən ibarət olsun. 
D) Yığcamlıq, sadəlik tələblərinə əməl edilsin. 
E) Terminlərdən istifadə etməklə elmilik gözlənilsin. 
70. Nitq mədəniyyətinin ən mühüm şərti nədir? 
A) Ədəbi dilin normalarına riayət etmək 
B) Terminlərdən istifadə etmək 
C) Obrazlılıq və məcazilikdən istifadə etmək 
D) Yığcamlıq, sadəlik tələblərinə əməl etmək 
E) Nitqin ədəbi tələffüz baxımından dəqiqliyinə əməl etmək 
71. Cümlələrdə ədəbi dilin hansı norması pozulub? 
1- Hər dəfə onun bu halını görəndə könlüm ağrıyırdı. 
2- Qapının zəngi yavaşcadan döyüldü. 
3- Kartofu yaxşıca qovurub gətirdi. 
A) Sintaktik
B) Morfoloji
C) Orfoqrafik
D) Leksik 
E) Orfoepik 
72. Nitqin dəqiqliyi dedikdə nə başa düşülür? 
A) Fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitələrini tapmaq 
B) Dilin fonetik, leksik, qrammatik qayda-qanunlarına tam əməl etmək 
C) Yazılı nitqin orfoqrafiya və durğu işarələrinin işlədilməsi baxımından düzgünlüyü 
D) Ən məqsədəuyğun, üslub baxımından ən uğurlu dil vasitələrini işlətmək 
E) Nitqin ədəbi tələffüz baxımından dəqiqliyi 
73. Nitqə aid edilən əlamətlərdən biri yanlışdır. 
A) Ünsiyyət prosesidir
B). Dəyişməzdir. 
C) Dil əsasında meydana çıxır.
D) Törəmədir. E) Nitq fəaliyyətinin məhsuludur 
74. Nitqin etikası deyəndə nə nəzərdə tutulur? 
A) Mədəni, nəzakətli danışıq
B) Emosional danışıq C) Obrazlı danışıq


D) İfadəli danışıq 
E) Elmli danışıq 
75. Mimika və jestlərə aid fikirlərdən biri doğru deyil. 
A) Siyasi nitqdə jest və mimikadan istifadə etmək olmaz. 
B) Mimika və jestlərdən yalnız şifahi nitqdə istifadə edilir. 
C) Mimika və jestlər həm təsdiq, həm də inkar ifadə edir. 
D) Mimika və jestlər əsas nitqdə yardımçı mahiyyətdədir. 
E) Yazılı nitqdə jest və mimikadan istifadə etmək olmaz. 
76. Nitq nədən törəyir? 
A) Xalqdan 
B) Dildən 
C) İşarələr sistemindən 
D) Fikirdən 
E) Sitatlardan 
77. Nitq mədəniyyətinin əsas qoruyucusu və daşıyıcısı kimdir? 
A) Parlament
B) Ədiblər 
C) Mədəniyyət xadimləri 
D) Xalq 
E) Milli məclis 
78. Verilmiş fikirlərdən biri yanlışdır. 
A) Dil nitq ilə müqayisədə mütəhərrik və dinamikdir. 
B) Nitq fərdi-psixoloji hadisədir. 
C) Nitq dil ilə müqayisədə mütəhərrik və dinamikdir. 
D) Nitq dilin konkret nitq təcrübəsində realizə olunmasıdır. 
E) Nitq fəaliyyətdə olan dildir. 
79. Sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk 
olunması və s. baxımdan uyarlığının müəyyənləşdirilməsi ədəbi dilin hansı normaı üçün 
məqbuldur? 
A) Fonetik norma 
B) Leksik norma
C) Orfoepik norma 
D) Qrammatik norma
E) Orfoqrafik norma 
80. Qrammatik səviyyədə obrazlılığı, emosionallığı yaradan vasitələrdən biri yanlış verilmişdir. 
A) Ritorik suallı cümlələr 
B) Xitablar və nidalardan istifadə 
C) İnversiya
D) Elliptik cümlələr
E) Assonans 
81. Bunlardan biri fonetik səviyyədə nitqin ifadəliliyini artırır. 
A) İnversiya
B) Alliterasiya 
C) Ritorik sual 
D) Ellipsis 
E) Təzad 


82. Bunlardan biri leksik səviyyədə nitqin ifadəliliyini artıra bilməz. 
A) Assonans
B) Sinonimlərm C) Antonimlər 
D) Frazeoloji vahidlər 
E) Aforizmlər 
83. “Car çəkir çarxların çaxnaşıq səsi, 
Car çəkir, qışqırır nəhəng motorlar” (S.V.) 
Misrada hansı bədii təsvir vasitəsi var? 
A) Təkrir, inversiya, metafora 
B) Təkrir, təşbeh 
C) İnversiya, təşbeh
D) Təşbeh, metafora
E) Metanimiya, təkrir 
84. “Bu lal səhralara səs salır hərdən
Uzaqdan qışqıran bir qatar səsi”. 
Misralarda hansı bədii təsvir vasitəsi işlənmişdir? 
A) Təşbeh, epitet 
B) Metafora
C) Epitet, metafora 
D) Epitet, metanimiya 
E) Metafora, təzad 
85. “Buludalar ağlayır matəm tutaraq” misrasında hansı bədii təsvir vasitəsi işlənmişdir? 
A) Təzad 
B) Təşbeh 
C) Epitet 
D) Metafora
E) Metanimiya 
86. “Cavab gəldi güllərdən: 
Şair, nə tez qocaldın sən!?” misralarda hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir? 
A) Metonimiya, ritorik sua 
B) Metafora, ritorik sual, inversiya 
C) Təşbeh, ritorik sual 
D) Təzad, ritorik sual 
E) Ritorik sual, simvol, ellipsis 
87. Bu vasitələrdən biri leksik səviyyədə ifadəlilik yaratmır. 
A) Antonimlər 
B) Aforizmlər
C) Alliterasiya
D) Omonimlər 
E) Frazeoloji birləşmə 
88. Ellipsis nədir və dilin hansı səviyyəsində nitqə ifadəlilik verir? 


A) Hər hansı bir sözün və ifadənin atılması, lakin asanlıqla bərpa edilməsi, Qrammatik səviyyədə 
B) Bir-birinə zidd fikirlər, Leksik səviyyədə 
C) Cinas qafiyələr, Leksik səviyyədə 
D) Sait səslərin təkrarı, Fonetik səviyyədə 
E) Mübtəda ilə xəbərin yerdəyişməsi, Qrammatik səviyyədə 
89. “Ağsaqqallı baban yeri cənnət olsun”, “Çaparkən ağ-boz atın büdrəməsin”, “Gölgəlicə qaba 
ağacın kəsilməsin” cümlələri nitq etiketlərinin hansı növünə aiddir? 
A) Alqış 
B) Müraciət C) Təbrik 
D) Vidalaşma
E) Görüşmə 
90. Verilən nümunələrdən biri görüşmə etiketlərinə aid deyil. 
A) Həmişə siz gələsiniz 
B) Gün aydın 
C) Gələn görüşlərə qədər 
D) Sabahınız xeyir 
E) Xoş gördük 
91. Biri “yorulmaq” sözünün sinonimi deyil. 
A) Haldan düşmək B) Yola getmək 
C) Nəfəsi kəsilmək 
D) Cana doymaq 
E) Əldən düşmək 
92. “ Canını oda yaxmaq” frazeoloji birləşməsinin sinonimi hansıdır? 
A) Gözünün odunu almaq 
B) Əldən - dildən düşmək 
C) Dəridən - qabıqdan çıxmaq 
D) Fikir çəkmək 
E) Qayğı çəkmək 
93. Dəqiqlik, konkretlik, məntiqilik, ardıcıllıq kimi xüsusiyyətlər hansı üsluba xasdır? 
A) Publisistik
B) Bədii 
C) Məişət 
D) Fərdi 
E) Elmi 
94. Sintaksisi daha çox mürəkkəb quruluşa malik olur. Bu hansı üsluba xas olan əlamətdir? 
A) Bədii 
B) Elmi 
C) Publisistik D) Məişət 
E) Rəsmi-işgüzar 
95. Nitqin sərbəstliyi və yığcamlığı daha çox hansı üslubun əsas xüsusiyyətidir? 
A) Rəsmi 
B) Elmi 
C) Məişət 
D) Bədii 
E) Publisistik 
96. Bunlardan biri bədii üsluba aid deyil. 
A) Qrafik işarələrdən, terminlərdən istifadə B) Emosionallıq C) Çoxmənalılıq 


D) Bəzən dialekt və loru sözlərdən istifadə E) Bəzən varvarizmlərdən istifadə 
97. Verilənlərdən biri konkret bir üslub olmayıb, digər üslublarda özünü göstərə bilir. 
A) Rəsmi 
B) Fərdi 
C) Publisistik
D) Elmi 
E) Bədii 
98. Fərdi üslubun ən qabarıq ifadəsi hansı üslubdadır? 
A) Rəsmi-işgüzar 
B) Elmi 
C) Məişət 
D) Bədii 
E) Publisistik 
99. Ümumxalq dil vasitələrinin ədəbi dilə gəlişi hansı üslubla bağlıdır? 
A) Publisistik
B) Elmi 
C) Rəsmi-işgüzar 
D) Məişət 
E) Bədii
100. Biri ədəbi dilin fonetik səviyyədə obrazlılıq yaradan vasitələrinə aid edilə bilməz: 
A) Assonans
B) Epitet 
C) Alliterasiya 
D) İntonasiya
E) Təkrar 
101. Bunlardan biri məişət üslubuna aid edilə bilməz. 
A) Daha çox bütöv cümlələrdən istifadə 
B) İntonasiya, jest və mimikadan istifadə 
C) Sərbəstlik
D) Yığcamlıq
E) Replikalardan istifadə 
102. Bunlardan biri poeziya dilinin xüsusiyyəti kimi götürülə bilməz. 
A) Cümlə üzvlərinin sıralanmasına mütləq əməl etmək 
B) Vəzn (ölçü) 
C) Qafiyə 
D) Misradaxili bölgü (təqti)
E) Hiss və həyəcanın ön planda verilməsi 
103. Bunlardan biri bədii üslubda qrammatik səviyyədə obrazlılıq yaradan vasitə kimi verilə 
bilməz. 
A) Bədii xitab
B) İnversiya C) Ellipsis 
D) Assonans
E) Ritorik sual və nida 
104. Bunlardan biri qrammatik səviyyədə obrazlılıq yarada bilməz. 
E) Ellipsis 
B) Qeyri-normativ cümlə konstruksiyaların işlənməsi 
C) Bədii xitab və nidalar 
D) İnversiya
E) Alliterasiya
105. Bunlardan biri leksik səviyyədə obrazlılıq yarada bilməz. 
A) Mübaliğə
B) Epitet 
C) Ellipsis 
D) Təşbeh 
E) Metafora 


106. Verilmiş mətn nitqin hansı üslubundadır? “Dilçiliyin nitq hissəsindən bəhs edən sahəsinə 
morfologiya deyilir. Ümumi qrammatik mənasına görə sözlərin əmələ gətirdiyi qruplara nitq 
hissələri deyilir”. 
A) Məişət 
B) Bədii 
C) Elmi 
D) Publisistik
E) Rəsmi-işgüzar 
107. Publisistik üsluba aid olan əlamətlər hansı cavabda daha düzgün verilib? 
A) Aydınlıq, anlaşıqlıq, təsirlilik, xəlqilik 
B) Termin sıxlığı 
C) Konkretlik, dəqiqlik, şablon ifadələrdən istifadə 
D) Peşə-sənət sözlərindən, müxtəlif mürəkkəb cümlə tiplərindən istifadə 
E) Fikrin müəyyən standart formalarda, olduqca yığcam ifadəsi 
108. Rəsmi sənədlərin dili üçün əsas şərt sayılmır. 
A) Rəsmi şəxsin imzası 
B) Sözün təkmənalılığı 
C) Dil yığcamlığı 
D) Fərdi nitq ünsürləri
E) Hüquqi məzmuna malik olması 
109. Nitqin üslublarının birində ayrı-ayrı üslub nümayəndələri birləşirlər.
A) Publisistik
B) Məişət 
C) Elmi 
D) Bədii 
E) Rəsmi-işgüzar 
110. Xüsusi səciyyə daşıyır və əsasən, bir müəllifə və yaxud müəyyən bir qrupa aid olur. 
A) Rəsmi 
B) Bədii 
C) Fərdi 
D) Publisistik
E) Məişət 
111. Bu üslubda daha çox jest və mimikalardan da istifadə olunur. 
A) Məişət 
B) Rəsmi C) Bədii
D) Publisistik
E) Elmi 
112. Məişət üslubu ilə ən çox təmasda olan üslub hansıdır? 
A) Publisistik və rəsmi 
B) Elmi 
C) Rəsmi 
D) Elmi və publisistik 
E) Bədii 
113. Bunlardan biri funksional üslublara daxil ola bilməz. 
A) Məişət üslubu 
B) Elmi üslub
C) Fərdi üslub
D) Bədii üslub 
E) Publisistik üslub 
114. Verilənlərdən biri məişət üslubunun əlamətlərindən sayıla bilməz. 
A) Daha çox terminlərdən istifadə B) Yığcamlıq
C) Sərbəstlik 


D) Dialoji nitq şəklində olması E) İntonasiya, jest, hərəkət, mimika 
115. Azərbaycan ədəbi dili tarixində həmişə aparıcı olmuş funksional üslub hansıdır? 
A) Bədii 
B) Məişət 
C) Elmi 
D) Publisistik
E) Rəsmi-işgüzar 
116. Biri bədii üsluba xas deyil. 
A) Müxtəlif işarələrin işlədilməsi 
B) Epiqrafların verilməsi 
C) Poetik sitatlardan istifadə
D) Fonetik materiallardan istifadə 
E) Ritorik suallar, bədii nidalar və xitablardan istifadə 
117. Biri elmi üsluba aid xüsusiyyət deyil. 
A) Sözün çoxmənalılığı 
B) Sözün həqiqi mənada işlədilməsi 
C) Xüsusi ifadələrin işlədilməsi 
D) Mürəkkəb sintaktik konstruksiyaların tələb olunması 
E) Müxtəlif işarələr və diaqramlardan istifadə 
118. Bu üslub fərdi xarakter daşıyır və hadisə birinci şəxs tərəfindən nəql edilir. 
A) Epistolyar üslub
B) Bədii üslub
C) Məişət üslubu 
D) Elmi üslub
E) Rəsmi üslub 
119. Biri yazılı formada olur. 
A) Epistolyar üslub
B) Məişət üslub 
C) Danışıq üslubu 
D) Əməli danışıq üslubu 
E) Sadə danışıq üslubu 
120. “Konkretlik, dəqiqlik nəzərə alınmalı çoxmənalılığa yol verilməməlidir”-bu hansı üsluba 
aiddir? 
A) Elmi 
B) Publisistik
C) Məişət 
D) Rəsmi-işgüzar 
E) Bədii 
121. Bədii üsluba aid olmayan cərgəni göstərin. 
A) Termin sıxlığı 
B) Bədii təsvir və ifadə vasitələrindən istifadə 
C) Obrazlılıq
D) Məcazlıq E) Loru və vulqar sözlərdən istifadə 


122. Sözlərin mənşəyini öyrənən dilçilik sahəsidir: 
A) leksikologiya B) fonetika C) morfologiya D) etimologiya E) orfoepiya 
123. Leksikoqrafiyanın məşğul olduğu dilçilik sahəsidir: 
A) nitq mədəniyyəti B) qrammatika C) lüğətçilik D) etimologiya E) dialektologiya 
124. Söz birləşmələrini öyrənən dilçilik sahəsidir: 
A) leksikologiya B) fonetika C) morfologiya D) söz yaradıcılığı E) sintaksis 
125. Etimologiya nədir? 
A) Dialekt və şivələri öyrənən sahə
B) Nitq hissələri haqqında təlim 
C) Söz birləşmələrini öyrənən sahə
D) Sözün mənşəyini öyrənən sahə 
E) Danışıq səslərini öyrənən sahə 
126. Dialektologiya nədir? 
A) Dialekt və şivələri öyrənən sahə
B) Lüğətləri öyrənən sahə 
C) Söz birləşmələrini öyrənən sahə
D) Sözün mənşəyini öyrənən sahə 
E) Nitq hissələrini öyrənən sahə 
127. Morfologiya nədir? 
A) Söz yaradıcılığı haqqında təlim
B) Nitq hissələri haqqında təlim 
C) Söz birləşmələrini öyrənən sahə
D) Sözün mənşəyini öyrənən sahə 
E) Cümlə üzvlərini öyrənən sahə 
128. Bir əsər, tamaşa , konsert və s. təhlil və tənqidini ehtiva edən yazıdır. 
A) annotasiya
B) rəy
C) ərizə
D) bildiriş E) arayış 
129. Ərəb sözü olub bir şey haqqında fikir mülahizə mənasını verir. 
A) annotasiya
B) rəy
C) ərizə 
D) bildiriş E) arayış 
130. Verilmiş fikir hansı əməli yazı nümunəsinə aiddir? 
Hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir. 
A) akt
B) protokol 
C) izahat 
D) annotasiya
E) arayış 


131. Bu əməli yazı nümunəsinin xüsusi forması yazılarkən pasport və ya vəsiqə təqdim olunur, 
yəni onu yazdıran adamın şəxsiyyəti müəyyənləşdirilir.
Söhbət hansı əməli yazı növündən gedir? 
A) akt
B) məktub C) bildiriş D) teleqram
E) vəkələtnamə 
132. Bu əməli yazı nümunəsinin təcili formasında vaxt məhduddur. Ən tez zaman ərzində o, 
sahibinə çatdırılmalıdır. 
Söhbət hansı əməli yazı növündən gedir? 
A) aktdan
B) məktubdan
C) bildirişdən
D) teleqramdan E) vəkələtnamədən 
133. Bu sənədi idarə və təşkilat onu etibar etdiyi şəxsin adına yazarkən imza qoyur və müəssisənin 
möhürü ilə təsdiq edir. 
Söhbət hansı əməli yazı növündən gedir? 
A) arayışdan
B) vəkalətnamədən C) aktdan
D) protokoldan
E) ərizədən 
134. Bu əməli yazının adı ərəb mənşəli söz olub, hər hansı bir məsələni, sözü və s. ətraflı surətdə 
aydınlaşdırma, şərh etmə, bəyan etmə mənalarını özündə ehtiva edir. 
Söhbət hansı əməli yazı növündən gedir? 
A) arayışdan
B) rəydən
C) bildirişdən
D) izahatdan E) vəkələtnamədən 
135. Biri elan xarakterli əməli yazılar sırasına daxildir: 
A) akt
B) annotasiya
C) teleqram D) arayış E) anons 
136. Biri elan xarakterli əməli yazılar sırasına daxil deyil
A) afişa
B) reklam
C) anons 
D) annotasiya
E) bildiriş 
137. Bu əməli yazı nümunəsi şəxs öz xətti ilə yazmalı və imza qoymalıdır: 
A) akt
B) annotasiya
C) arayış
D) teleqram E) izahat 
138.Bu əməli yazı növünün adı latınca “qışqırmaq” mənasını verir: 
A) reklam B) afişa
C) annotasiya D) protokol
E) teleqram 
139. Bu əməli yazı növünün adı latınca “qeyd aparmaq” , “əlavə etmək” mənasını verir: 


A) reklam
B) teleqram C) annotasiya
D) protokol 
E) akt 
140. Bu əməli yazı növünün adı yunancadan tərcümədə “ilk” , “birinci vərəq” və “ yapışdırmaq” 
mənalarını ifadə edən hissələrdən ibarətdir: 
A) protokol
B) annotasiya C) akt
D) afişa
E) reklam
141. Bu əməli yazı növünün adı yunancadan tərcümədə “uzaq” və “yazı” sözlərinin 
birləşməsindən əmələ gəlmişdir: 
A) reklam
B) teleqram C) annotasiya 
D) protokol E) akt 
142. Afişa hansı əməli yazı formasına uyğun gəlir? 
A) rəy
B) məktub C) elan
D) annotasiya
E) hesabat 
143. Reklam hansı əməli yazı formasına uyğun gəlir? 
A) məktub B) izahat
C) elan
D) akt
E) protokol 
144. Bildiriş hansı əməli yazı formasına uyğun gəlir? 
A) akt
B) elan
C) rəy
D) məktub E) ərizə 
145. Diksiya nədir? 
A) Səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunmasıdır. 
B) Səsin yüksək tempidir.
C) Səsin aşağı tonla tələffüzüdür. 
D) Səsin həyəcanlı vurğu ilə tələffüzüdür. 
E) İfadənin məntiqi vurğusudur. 
146. Biri leksikologiyanın şöbəsi deyil 
A) Leksikoqrafiya B) Morfemlər C) Onomastika 
D) Frazeologiya E) Semasiologiya 
147. Biri fonetikanın növüdür 
A) Orfoqrafiya B) Vurğu C) Təsviri D) Heca E) Orfoepiya 
148. Biri qrammatikanın hissəsidir 


A) Leksikoqrafiya B) Morfemlər C) Sintaksis D) Frazeologiya E) Söz birləşmələri 
149. Biri fonetikanın əsas mövzularındandır 
A) Heca 
B) Morfemlər
C) Söz birləşmələri D) Frazeologiya 
E) Antonimlər 
150. Qrammatikanın hissələri: 
A) Morfologiya və sintaksis 
B) Morfologiya və etimologiya 
C) Qrammatika və frazeologiya 
D) Onomastika və etimologiya 
E) Sintaksis və üslublar 

Yüklə 261,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin