Fonetik norma özü iki yerə bölünür:
a) Orfoepik norma
b) Orfoqrafik norma
Orfoqrafik və orfoepik normalar dilin fonetik və qrammatik (morfoloji) normaları əsasında yaranır. Azərbaycan dilinin iltisaqi tipə aid olması onun ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir.
Sözün ədəbi dildəki tələffüz variantı orfoepik norma adlanır. Bu normalar orfoepiya lüğətində əks olunur.
Sözün ədəbi dildəki yazılış variantı orfoqrafik norma adlanır. Bu normalar dövlət tərəfindən (Nazirlər Kabineti) tərəfindən təsbit olunur və orfoqrafik lüğətlərdə təsbit olunur.
Leksik norma Azərbaycan dilinin lüğət tərkibi çox zəngindir. Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir.
Leksik norma hər kəsdən sözün mənası və ya mənaları ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən mənaya malik olur. Sözün ona məxsus olmayan, ənənədən çıxan mənada işlədilməsi, lüzumsuz şəkildə mətnə daxil edilməsi nitq nöqsanıdır. Söz onun üçün xarakterik olan mənada işlənmirsə, demək, fikir düzgün anlaşılmayacaq, beləliklə, nitq mədəniyyətinin tələbi-leksik norma pozulacaq.
Ədəbi dildə loru, kobud söz və ifadələr işlədilməməlidir.
Leksik norma dialekt sözlərində, varvarizm və vulqar sözlərdə də çox ehtiyatlı olmağı tələb edir. Əgər bu sözlər bədii məqsəd güdmürsə, ədəbi dil normaları onları işlətməyi qadağan edir.
Sözdən düzgün istifadə ilə yanaşı, onun dəqiq, yerinə görə ifadəli və emosional işlədilməsi də leksik normanın tələblərindəndir.
Qrammatik norma Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir.
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqlərin nitqdə düzgün qurulmasını tələb edir, onu normaya salır.
Müasir ədəbi dilimizin qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:
1) İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-imiz-in
2) Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər
3) Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri artırılır: qal-dı-ril-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir
4) Mübtəda ilə xəbər arasında şəxsə, qismən də görə uzlaşma gözlənilir: Sən azərbaycanlısan. Onlar türkdürlər.
Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir. Həmin üslublar aşağıdakılardır: