DiM 2020 azərbaycan diLi sinaq (buraxiliş)



Yüklə 150,95 Kb.
səhifə1/8
tarix10.01.2022
ölçüsü150,95 Kb.
#107898
növüMühazirə
  1   2   3   4   5   6   7   8

DiM 2020 AZƏRBAYCAN DiLi SINAQ (BURAXILIŞ)

1.Nöqtələrin yerinə hansı ifadə əlavə olunsa, sadə cümlələrin sayı dəyişər?

Gəlsə, çıxış etməyə razı olsa, ... siz də dinləyərsiniz.

1. mühazirə təşkil olunar 2. əziz dostum


3. istəyiniz müqabilində 4. dəvət edərik
5. gəlib .

Cavablardan birini seçin:

A. 1, 4 B. 1, 3 C. 3, 4, 5 D. 2, 3, 4 E. 2, 5

2.Cümlələrin birinin tərkibində fərqli tələffüz olunan söz işlədilib. Cavablardan birini seçin:

A. O evi təmir etdir. B. O, evə gəlmişdi.

C. O meyvə təzədir. D. O, dahiyanə danışdı.

E. O, meyvə yığır.

3.Tələffüz formasında verilmiş hansı nümunə həm bir, həm də iki nitq hissəsindən ibarət söz kimi başa düşülə bilər? Cavablardan birini seçin:

A. Dünən [Orxannan] qayıtdıq. B.[Səlimnənmi] gedəcəksiniz? C.Yaxşı[həkimdisə], sağaldacaq.

D. Bu xəbəri [Tərlannan] indi öyrəndik.

E. [Qardaşınızımı] gözləyirsiniz?

4.Hansı nümunəni həm bir, həm də iki uzlaşma əlaqəsi olan cümlə kimi təhlil etmək olar? Cavablardan birini seçin:

A. Həqiqət nazilər, ancaq üzülməz. B. Çox gülənin dərdi də çox olur. C. Xalq ölkənin sütunudur. D. Sənət adamı dəyişir. E. Lovğalıq tərəqqinin düşmənidir.

5.Bir cümlənin tərkibindəki zərf hərəkəti izah etmir: Cavablardan birini seçin:

A.  İkiüzlü adam həmişə kölədir.

B. Ürəyinə bax, sonra yaz.

C. Yaxşı yazmaq üçün fikirləşməyi öyrənmək lazımdır. D. Təsadüfi bir doğruya çatmaqdansa, üsullu bir səylə səhvə çatmağı üstün tutaram.

E. Heç bir qəlb zorla əldə edilə bilməz.

6.Hansı tərkib hissələrinin yeri dəyişdirilsə, sadə cümlələrin ardıcıllığında yol verilmiş səhv düzələr?

1                             2


O adama iynə verirlər ki, tikməyi bacarır. (E.Hofman) 
                3                                  4
Gec-tez onu əldə edəcəkkim öz uğuruna inanırsa. (K.Gebbel) 
                5                             6
Xalqım məni tanımasaməyus olmaram mən. 7                             8
Xalqımı tanımasamməyus olaram. (Konfutsi)

Cavablardan birini seçin:

A. 1↔2 B. 3↔4  C. 7↔8 D. 5↔8 E. 5↔6

7.Nöqtələrin yerinə hansı ifadələr əlavə olunsa, cümləyə bağlayıcı da artırmaq olar? 



..., yenə cəhd etsə, qalib gələr.

1. Haçan 2. Yaxşı ki 3. Qısası 4. Əlbəttə 5.Əsasən

Cavablardan birini seçin:

A. 2, 4 B. 1, 3 C. 3, 4 D. 1, 5 E. 2, 5

8.Hansı sözlər müxtəlif məqamlarda informativ və poetik

funksiya daşıya bilər?

1. lalə 2.çox 3.dəmir 4.idarə 5. Ay

Cavablardan birini seçin:

A. 1, 3, 5 B. 2, 5 C. 1, 2 D. 2, 3, 4 E. 1, 4, 5

9.Hansı durğu işarələri vasitəsiz nitqlə bağlı deyil



Cavablardan birini seçin:

A. 1, 4, 5 B. 2, 4, 5 C. 3, 5 D. 2, 3 E. 1, 3



10.“Həkim1 qardaşım2 çox maraqlı3 romandan4 epizod5 danışdı” cümləsinin tərkibində hansı söz işlənməsə, cümlə yalnız əsas nitq hissələrindən ibarət olar? Cavablardan birini seçin:

A. 3 B. 5 C. 2 D. 1 E. 4

Ata nəsihəti

Dahi Nizami Gəncəvi oğlunun nə ilə məşğul olduğunu bilmək üçün ona yaxınlaşdı. Onun şeir yazdığını gördü. Oğlunun başını sığallayıb dedi:


    – Oxu görüm, nə yazmışsan?
Məhəmməd atasını görüb utandı və yazdığını gizlətməyə çalışdı.
    – Elə bir şey deyil.
    – Oğul, şeirini oxu görüm!
Uşaq utandığından qızardısa da, yazdığını oxumağa məcbur oldu.
Məhəmmədin qəzəli bir təbiət təsviri idi. Səhərin açılmasından, bülbülün nəğməsindən və şikayətindən danışılırdı.
    O, şeirini oxuduqca atası fikirləşirdi. Şair Məhəmmədin bu yaşda, oxuyub-öyrənməli olduğu bir zamanda şeir yazmasını istəməzdi. O, yaxşı bilirdi ki, bir çox qabiliyyətsiz şairlərin bədbəxtliyi belə başlanır. Onlar məşhur şairlərin şöhrətini eşidib həvəsə düşürlər. Qabiliyyətləri, hətta adi savadları olmadığı halda, “mənəm-mənəm” deyə bağırmağa, şöhrətə susamağa başlayırlar. Bu arzu onları ədəbi oğurluğa, əllaməliyə gətirib çıxarır.
    Oğlunun elmdən, öyrənməkdən əl çəkib gücü yetmədiyi işə yapışmasından qorxan ata onun təhsili ilə daha ciddi məşğul olmaq lazım gəldiyini düşündü.
    Məhəmməd öz şeiri haqqında atasının rəyini bilmək istəyir və diqqətlə ona baxırdı.
   I – Çox böyük arzudur. Ancaq oğul, hələ savad öyrən, bilik qazan! Elmsiz sənət boş və mənasız əyləncədir. Fiqh öyrən, təbabət öyrən. Gələcəkdə xalqa biliklə, bacarıqla kömək et. Xalqın dərdinə qal və öz xidmətinlə dünyanı bəzə!
   II – Bəli, ata!
   III – Demək, şair olmaq istəyirsən?
   –  Siz ki hər zaman şeirlə xalqa xidmət etdiyinizi söyləyirsiniz. Deyirsiniz ki, ruhanilər, əmirlər xalqı soyur, xalqın gözünü açmaq, ona düşmənlərini tanıtmaq və haqsızlıqlarla mübarizə etmək lazımdır. ▲Bəs mənə niyə fiqhi, tibbi məsləhət görürsünüz?
     – Oğul, xalqa cürbəcür yollarla kömək etmək olar. Təbib xalqının ən yaxın dostudur, ancaq o öz işini bilməsə, ən qəddar bir düşməndir. Ölümcül bir xəstəyə yeni həyat verən təbib ən müqəddəs, ən hörmətli bir insandır. Diriləsi xəstəyə yanlış dərman içirən, bir həyatı  [cahilliyi ] üzündən məhv edən həkim isə ən rəzil, ən alçaq bir canidir.
    Fəqih xalqın hüquq məsələsi ilə məşğul olur. Hüquq davalarını ədalətlə həll edən bir fəqih xalq üçün çox qiymətlidir. Rüşvətlə, tərəfgirliklə iş görən fəqih isə canidir.
    Sənət də belədir. Xalqına bağlı olan, onun dərdlərini, kədərlərini tərənnüm edən, onun uğrunda mübarizə aparan şair xalqının ən əziz oğludur. Xalqın düşmənlərinə satılan, pul üçün yazan, zülmə, istismara, haqsızlığa bəraət qazandıran, yaltaqlıq edən və xalqı mübarizədən çəkindirən şairlər xalqın düşməni və canidirlər.
    Mən sənə nə ol demirəm. Hansı sənəti istəyirsən, qəbul et, amma işində bilikli, bacarıqlı və kamil ol. (H.Araslı. “Şairin həyatı”. səh.126)

11.Oğlu ilə dialoqda atanın mövqeyini müəyyən edin.



A. sərtlik B. amiranəlik C. mənəm-mənəmlik D.bədbinlik E. nəsihətçilik

12. Çərçivə daxilində verilmiş sözün mənasına uyğundur:

A. bacarıqsızlıq B. qabiliyyətsizlik C. təcrübəsizlik

D. acizlik E. nadanlıq

13.Mətnə əsasən klasteri tamamlaya bilən fikirləri müəyyən edin.



1. xalqı soyanlarla 2. fırıldaqçı ruhanilərlə 3. istedadsız şairlərlə 4. savadsız həkimlərlə 5. şöhrətə susayanlarla



A. 1, 3, 5 B. 1, 4, 5 C. 2, 3, 4 D. 2, 4 E. 1, 2

14.Tünd-qara hərflərlə verilmiş hissənin məzmunu ilə səsləşən fikri müəyyən edin.



A. Qonşu qonşuya baxar, özünü oda yaxar. B. İstedadın önünə sədd çəkmək olmaz. C. Sənət tükənməz xəzinədir. D. İncəsənət qurban tələb edir. E. Nə tökərsən aşına, o da çıxar qaşığına.

15.Mətnin aid olduğu üslub üçün xarakterikdir:

1. Funksional üslublara aid deyil.

2. Təhkiyə şəklində də yazılır.

3. Termin sıxlığı müşahidə olunur.

4. Kütləvi anlaşıqlılıq əsas xüsusiyyətidir.

5. Şeir dilində də təzahür edir:

A. 1, 3, 5 B. 2, 5 C. 1, 2 D. 2, 3, 4 E. 4, 5

16.Qarşısında Roma rəqəmləri yazılmış hissələr hansı ardıcıllıqla ifadə olunmalıdır? 



17. Mətndə kursivlə yazılmış cümlələr əsasında cədvəli tamamlayın.


Yüklə 150,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin