Mətndə oğlunun elm, təhsil qazanmamış şeirə, sənətə meyil etdiyini görən ata narahat olur. Təməl bilikləri almamış, kamil bir şəxsiyyət kimi yetişməmiş sənətə iddialı olmağın fəsadlarını bilən ata ona məsləhət verir. Ata sənətin dəyərini elmdən, bilikdən aşağı tutmur. Yalnız bilikli, elmli birinin sənətlə məşğul olmasının əhəmiyyətli olduğunu vurğulayır. Buna görə də mətnin ideyası sonuncu cümlədə ifadə olunur.
Bal şkalası
Meyarlar:
2 bal
a. Cədvəlin birinci hissəsinə nümunədə verilmiş cümlə (cümlənin ilk sözü və ya sözləri) yazılır və cədvəlin ikinci hissəsinə nümunəyə uyğun fikir yazılır, yanlış fikir yazılmır.
1 bal
b. Yalnız cədvəlin birinci hissəsinə uyğun cümlə (cümlənin ilk sözü və ya sözləri) yazılır, yanlış fikir yazılmır.
c. Hər iki hissəyə düzgün cavab yazılsa da, bir yanlış fikir də yazılır.
0 bal
c. Cədvəlin yalnız birinci hissəsinə düzgün cavab yazılsa da, hər hansı hissəyə yanlış fikir də yazılır.
e. Hər iki hissəyə düzgün cavab yazılsa da, bir neçə yanlış fikir də yazılır.
f. Nümunəyə uyğun cavab yazılmır.