Ol ki kamildir, onu möhtac zivər qılmamış. İslam Peyğəmbərinin (s) yüksək təfəkkürü bu dəfə İranın məşhur şairi, irfan və eşq dəryası, ustad Əsgər Şahinin dilində və qələmində təcəssüm tapır və şair deyir:
Gərək zühur edə haqq səc-o-vəzn-o qafiyədə
Və gərnə şeir və şair və şüarə ar olsun. Şeirin qorunmasının əhəmiyyəti. Şeirləri hədəfli olub tarix boyu bu İlahi zövqü insanların azadlığı, paklığı, təqva və qarətçilərlə mübarizədə işlədən və iftixarlar yaradan şairlər bəzən haqqı müdafiə etmək üçün dedikləri hər bir beyt şeir üçün cənnətdə saraylar əldə etmişlər. Və bəzən Bəni Üməyyələr və Bəni Abbasilər hakimiyyəti dövlərində olduğu kimi, nəfəs boğucu bir dövrdə bir qəsidə deməklə qəlbləri nurlandırır və yalançı pərdələri yırtırdılar, sanki Ruhul-Qüds bu şeirləri onların dilinə gətirirdi. Bu şairlər elə şeirlər və əsərlər yaradırdılar ki, bəzi rəvayətlərə əsasən, İslam rəhbərləri insanları bu şeirləri əzbərləməyi tövsiyə edirdilər. Əbdi bu şairlərdən biridir. İmam Cəfər Sadiq (ə) onun barəsində buyurmuşdur: "Ey möminlər, övladlarınıza Əbdinin şeirlərini öyrədin ki, o, həqiqətən də din yolundadır".