Dinşünaslıq Seyyid Əli Əkbər Ocaqnejad Quranda şeir və şairin məqamı Allahın adı ilə



Yüklə 115,5 Kb.
səhifə3/4
tarix10.01.2022
ölçüsü115,5 Kb.
#108494
1   2   3   4
Bəzi nümunəvi şeirlər.


  1. İmam Əli bin Əbi Talibin (ə) şeirləri.

İslamda məzmunlu, yolgöstərən, moizə edən və İslam Peyğəmbərinin (s) təsdiq etdiyi şeirlərin ən gözəl nümunəsi bənzərsiz xətib İmam Əlinin (ə) şeirləridir. O Həzrətin şeir nümunələrindən biri də dünyanın məzəmməti haqqında dediyi şeirdir. İmam Əli (ə) bu şeirdə bəzən irfani hallarda dünyanı fəsahətli cümlələr formasında məzəmmət edir və bəzən bütün bu məzmunu üç beyt şeirdə nəzm şəklində bəyan edir. İmam Əlinin (ə) yaxınlarından olan Zirar bin Zəməyi Zəbabi bir gün Müaviyənin yanına gəlmişdi. Müaviyə ondan İmam Əli (ə) haqqında soruşdu. O cavabında dedi: Mən bəzi vaxtlar İmam Əlini (ə) mehrabda durub saqqalını əlində tutduğunu və ilan çalmış adamlar tək özünə qıvrıldığını, bəlaya düçar olmuş insanlar kimi göz yaşı axıtdığını və bu sözləri dediyini eşitmişəm: "Ey dünya, ey dünya! Məndən keç. (Məni aldatmaq) üçün özünü mənə təqdim edirsənmi? Və ya məni istədiyin üçünmü çağırırsan? (Məni aldatmağın) an yaxınlaşmasın, sənin arzuların nə qədər də uzaqdır. Başqasını aldat, mənim sənə ehtiyacım yoxdur və mən səni üç dəfə boşamışam. Bunda qayıdış yoxdur. Sənin həyatın qısa, çalışqanlığın az və arzuların alçaqdır. (Axirət) yolu uzun, səfər uzaq və giriş qapısı çətin olduğuna rəğmən azuqə (ibadət və bəndəlik) nə qədər də azdır".

İmam Əli (ə) bu sözlərin məfhumunu xülasə şəklində aşağıdakı üç beytdə buyurmuşdur:

طلق الدنیا ثلاثا واطلبن زوجا سواها

انها زوجه سوء لاتبالی من اتها



و اذا نالت مناها منه ولته قفاها

Dünyanı üç dəfə boşa və başqa bir arvad seç”

Dünya qeyri-təmiz qadındır və özü ilə yaxınlıq edənlərdən qorxmur”

Öz istəyinə çatan kimi sənə arxa çevirir”


İmam Əliyə (ə) məxsus olan şeirlərdən başqa bir nümunə yenə də dünya haqqındadır:

انما الدنیا کظل زائل او کضیف بات لیلا فارتحال

او کنوم قدیراه نائم او کبرق لاح فی افق الا مل

“Dünya ya kölgə kimidir ki, yoxa çıxır və ya qonaq kimidir ki, gecə yatır, sonra isə gedir”

Ya insanın gördüyü yuxu kimidir və ya üfüqdə parıldayan işıq kimidir”.
İmam Əlinin (ə) üçüncü şeir nümunəsi əxlaqi və irfani şeirdir. O Həzrət fürsəti əldən verməmək haqqında buyurub:

اذا هبت ریاحک فاغتنمها فعقبی کل خافقه سکون

ولا تغفل عن الا حسان فیها ولاتدری لسکون متی یکون

Külək bayrağını dalğalandırdığı zaman fürsəti əldən vermə, çünki hər bir küləkdən sonra sakitlik var”.




Yüklə 115,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin