Diplom iŞİ Tələbə : Bayramov Rauf Maliyyə, 4-cü kurs, bakalavr dərəcəsi Elmi rəhbər: Əsgərzadə Qədir Bakı 2019



Yüklə 365,8 Kb.
səhifə2/6
tarix10.01.2022
ölçüsü365,8 Kb.
#109215
1   2   3   4   5   6

Mündəricat


Giriş 3

I Fəsil 6

Maliyyə böhranının təbiəti, səciyyəvi xüsusiyyətləri və səbəbləri. 6

1.1.Maliyyə böhranı anlayışı. 6

1.2.XX əsrin ikinci yarısı XXI əsrin əvvəllərində ən mühüm maliyyə böhranları. 12

II Fəsil 20

Beynəlxalq Valyuta Fondu və onun maliyyə böhranlarında rolu. 20

2.1. Beynəlxalq Valyuta Fondunun yaranması, məqsəd və vəzifələri. 20

2.2. Beynəlxalq Valyuta Fondunun maliyyə böhranlarında rolu. 29

III Fəsil 36

Beynəlxalq Valyuta Fondu və Azərbaycan . 36

Nəticə 48

Резюме 51

Summary 52

Ədəbiyyat siyahısı 53


Giriş

Beynəlxalq maliyyə təşkilatları dünyada qlobal inkişaf məqsədlərinə xidmət edən, maliyyə resurslarının bölgüsünü həyata keçirən, maliyyə, pul, kapital və əmlak-fond bazarında qaydaları müəyyənləşdirən mühüm təsisatlardır. Bu təsisatlardan ən mühümlərindən biri Beynəlxalq Valyuta Fondudur.

Beynəlxalq Valyuta Fondu onun yaradılmasının əsasını qoyan razılaşma maddələrində qeyd edildiyi kimi yeni, daha sabit iqisadi sistem qurmaq və səhv nəticəsində yarana biləcək böyük xərclərdən qaçmaq məqsədi ilə yaradılmış və dünya valyutasının monitorinqini həyata keçirməyi, müxtəlif ölkələr arasında ödəmələri təşkil etməyi, beynəlxalq ticarətə rəvac verməyi, borcu olan ölkələrə kreditlər vasitəsi ilə yardım etməyi qarşısına məqsəd qoymuşdur.

Artıq Beynəlxalq Valyuta Fondunun yaradılmasından 75 il keçmişdir. Bu zaman kəsiyində dünyada köklü dəyişikliklər olmuş, istər siyasi, istər sosial iqtisadi, istərsə də elmi və mədəniyyət sahələrində kəskin dəyişiliklər baş vermişdir. Elm və texnikanın inkişafının nəticəsi kimi kommunikasiya sistemlərinin və komputer-internet texnologiyalarının inkişafı, onların real heyatda tətbiqi bəşər övladının həyat tərzini tamamən dəyişmişdir. Son onillərdə qloballaşma bütün cahanı ağuşuna almışdır. Və bütün bunların iqtisadiyyatda özünü biruzə verməsi tamamən təbiidir.

Müasir dövr təlatümlər dövrüdür. Təsadüfi deyil ki, kommunikasiya vasitələrində ən çox müzakirə edilən, insanların düçüncəsinə hakim kəsilən, bir çoxlarını narahat edən, qorxudan, bəzilərini insanlığın gələcəyi ilə bağlı düşüncələrə qərq edən əsas reallıqlardan biri dünyanı bürümüş iqtisadi maliyyə böhranıdır. Birinci Dünya müharibəsindən sonra “Böyük Depressiya” insanların şüur və gündəlik həyatlarında hansı formada zühur etmişdisə, İkinci Dünya müharibəsindən sonrakı dövr üçün eyni effekti Qlobal maliyyə böhranı yaratmışdır. Lakin bu böhran birdən-birə meydana gəlməmişdir. Onun səbəblərinin, nəticələrinin müəyyən qismi bu və ya digər şəkildə XX əsrin 70-ci illərindən bəri dünyanın müxtəlif bölgələrində baş vermiş maliyyə, borc, fond bazarı, pul (kapital) böhranlarında göstərmişdir. Bu baxımdan bu məhəlli maliyyə-kredit böhranlarının səbəblərinin gedişinin və istifadə edilmiş antiböhran tədbirlərinin öyrənilməsi aktual və həm də böyük elmi əhəmiyyətə malikdir.

Maliyyə böhranları harada olmasından asılı olmayaraq bugünkü qloballaşan dünyada dünya iqtisadiyyatı üçün böyük təhlükə törədir. Məhz bununla əlqədardır ki, beynəlxalq maliyyə qurumları və təşkilatları, o cümlədən Ümumdünya Bankı və Beynəlxalq Valyuta Fondu müxtəlif bölgələrdə baş vermiş maliyyə böhranlarına müdaxilə etməyə çalışırlar.

Beynəlxalq Valyuta Fondunun antiböhran tədbirləri, böhran baş vermiş ölkələrdə irəli sürdüyü tələblər, əməl olunmasını istədiyi tövsiyyələr, kredit ayrılması mexanizmi antiböhran proqramlarının əsas tərkib hissələrindəndir. Onların hansı halda səmərəli olması, nə zaman və hansı amillərlə bağlı təsirsiz qalmasının araşdırılması həm BVF-nun fəaliyyət mexanizminin daha səmərəli olması üçün yenidən qurulmasında, həm də gələcəkdə baş verə biləcək maliyyə-kredit böhranlarının fəsadlarının daha az itkilərlə aradan qaldırılmasında müstəsna əhəmiyyətə malikdir. Məhz bu baxımdan mövzu buraxılış işi formasında tədqiqat obyekti kimi seçilmişdir. Yəni əsas predmeti və obyekti Beynəlxalq Valyuta Fondunun XX əsrin sonu XXI əsrin əvvəllərində dünyada baş vermiş maliyyə böhranlarında nə etdiyini, necə davrandığını və bunun nəticələrini təşkil edir. Eybi zamanda Azərbaycan Respullikası ilə Beynəlxalq Valyuta Fondunun respublikamızın Fonda üzv olduğu gündən keçən 27 il ərzində əməkdaşlığının əsas məqamları da tədqiqatın predmetinin tərkib hissəsi kimi götürülüb. Belə ki, xüsusilə Azərbaycan Respublikasının mövcud olduğu ilk illərdə ölkəni dərin maliyyə və iqtisadi böhrandan qurtarmaq üçün Azərbaycan dövləti ilə BVF-in əməkdaşlığı çox sıx olmuş və ən başlıcası səmərəsiz olmamışdır. Müasir dövrdə ölkə ətrafında iqtisadi konyukturanın pisləşməsi ölkənin iqtisadi inkişafına təsir göstərmişdir. Azərbaycan Respublikasının yenidən Beynəlxalq Valyuta Fonduna kredit almaq üçün müraciət etdiyi (rəsmi dövlət rəhbərləri və əlaqədar iqtisadi qurumlar bunu təsdiq etməyiblər, yalnız bəzi iqtisad analitikləri buna reaksiya veriblər) bildirilir.

Qeyd edilməlidir ki, heç də Azərbaycan Respublikası ilə BVF arasında münasibətlər tam hamar olmamışdır. Xüsusın XXI əsrin əvvəllərində Azərbaycan dövlətinin ölkənin iqtisadi maraqlarını təmin etmək üçün gördüyü bir çox tədbirlər Beynəlxalq Valyuta Fondu ilə fikir ayrılıqlarına, hətta bir çox hallarda ziddiyyətlərə səbəb olmuşdur. Məhz Beynəlxalq Valyuta Fondu tərəfindən irəli sürülən sərt tələblər bir çox ölkələrin bu təşkilatla əlaqələrini dayandırmasına səbəb olmuşdur. 2018-ci ildə Türkiyə Republikası pul böhranı ilə izləşsə də ölkənin lideri R. T. Ərdoğan bəyan edib ki, ölkəsi gələcəkdə Beynəlxalq Valyuta Fondundan kredit götürməyəcəkdir: “Biz BVF-in kreditləri səhifəsini bağladıq ki, bir daha onu açmayaq”. [32.] Hələ 2016-ci ildə R. T. Ərdoğan BVF kreditlərini quldarlığın yeni növü adlandırmışdır. Türkiyə və digər ölkələrin belə davranmasının səbəblərinin araşdırılması, BVF tərəfindən verilən kreditlərlə bağlı qoyulan şərtlərin təhlili bu təşkilatın böhranlar dövründə ümumi dünya siyasi və iqtisadi məkanında böyük güclərin oyununda onun rolu və yerini açmağa da imkan verir.

Buraxılış işi giriş və həmçinin üç fəsil və nəticədən həmçinin, istifadə edilmiş ədəbiyyat və mənbələrin siyahısından ibarətdir.

I Fəsil

Maliyyə böhranının təbiəti, səciyyəvi xüsusiyyətləri və səbəbləri.


    1. Maliyyə böhranı anlayışı.

Dünya iqtisadiyyatında baş verən mühüm proseslərdən biri də iqtisadi böhranlardır. Əslində “böhran” anlayışı iqtisadiyyata XIX əsrdə daxil olmuşdur. Həmin dövrdə iqtisadiyyatda böhran kapitalist iqtisadi sisteminin neqativ təzahürləri, dəyişkənliyi, əngəllərlə səciyyələnən dramatik və arzu olunmaz fazası kimi müəyyən olunurdu.

Müasir dövrdə böhranların bazar iqtisadiyyatının başlıca xüsusiyyətlərindən biri olub, tələb və təklifin uyğunsuzluğu şəraitində təzahür etməsi fikri əsas götürülür. İqtisadi böhran – mallara və xidmətlərə olan tələb və təklifin tarazılığının kəskin şəkildə pozulması, istehsalın makroiqtisadi səciyyəsi ilə onun nəticələrinin mənimsənilməsi arasındakı ziddiyətlərdir. [1.s.96]

Qlobal miqyasda böhranlar iqtisadi, maliyyə və maliyyə-iqtisadi xarakterli olurlar. İqtisadi xarakterli böhranlar iqtisadiyyatın kəskin pisləşməsi, istehsalın enişi, tələb və təklif tarazılığının pozulması, kütləvi iflaslar, işsizliyin artması, həyat səviyyəsinin aşağı düşməsi ilə müşayət olunur. İlk iqtisadi böhran 1825-ci ildə İngiltərədə baş vermişdir. Bu böhrana səbəb kapitalın Böyük Britaniyadan Latın Amerika ölkələrinə kütləvi axını, London birjasında möhtəkirlik əməliyyətlərinin artması olmuşdur.

Ümumi şəkildə maliyyə böhranları isə maliyyə, pul sistemini əhatə edərək büdcə gəlirləri və xərcləri arasında yaranan kəskin uyğunsuzluqla səciyyəvi olur ki, bu da valyuta kursunun enməsi, iqtisadi subyektlərin qarşılıqlı ödəniş sabitliyinin pozulması, inflasiya və digər bu kimi mənfi hallarla nəticələnir. [1.s.96] Bəzi iqtisadi tarixçilər ilk maliyyə böhranı faktı kimi 1340-cı ildə İngiltərədə baş verən suveren böhranını götürürlərsə [2.], bəziləri də ilk maliyyə böhranı kimi 1716-1720-ci illərdə Fransada Şotlant əsilli Con Lonun qurduğu maliyyə piramidası nəticəsində baş vermiş böhranı götürürlər. [3.s.57]

Maliyyə böhranı – maliyyə bazarlarını və maliyyə sahəsi institutlarını, pul tədavülü və kreditləri, beynəlxalq maliyyəni, dövlət, bələdiyyə və korporativ maliyyəni sistemli şəkildə əhatə edən böhran olub, ölkə daxilində iqtisadi fəallığa, əhalinin rifahının dinamikasına, orta və uzun muüddətli mənfi təsir göstərir. Bu özünü aşağıdakı kimi biruzə verir:


  • Maliyyə bölməsində və maliyyə bazarlarında – faizlərin kəskin şəkildə artması, problemli borcların, problemli bankların və qeyri-bank maliyyə institutlarının payının getdikcə çoxalması, ev təssərüfatlarına və iqtisadiyyata ayrılan kreditlərin kəskin azalması, zənzirvari müflisləşmələr, bank və digər maliyyə fəaliyyətinin zərərli modelinə keçilməsi, qiymətli kağızların kursunun miqyaslı şəkildə düşməsi, ödəmə sisteminin artan kollapsı ilə müşahidə olunan ödəmələrin gecikməsi, derivatlar bazarında kütləvi zərərlərin yaranması, “domino” effekti ilə müşahidə olunan maliyyə institutlarının və maliyyə bazarların satış qabiliyyətini itirməsi, bank sisteminin çaxnaşması və sairə ilə;

  • Beynəlxalq maliyyədə - milli valyutanın kursunun qarşısıalınmaz düşüşü, ölkədən kapitalların kütləvi şəkildə çıxarılması, dövlətin və komissiya təşkilatlarının xarici borcunun və vaxtı keçmiş ödəmələrinin idarə olunmayan artımı, sistem riskinin beynəlxalq bazarı və digər ölkələrin maliyyə bazarlarına ötürülmsi və sairə ilə;

  • Pul tədavülü sahəsində - xroniki inflasiyaya keçidlə müşahidə olunan qiymətlərin kəskin və qeyr-iradi artımı, mülki valyutadan imtina, xarici möhkəm valyutanın daxili bazara kəskin nüfuzu, pul surrotaqlarının kütləvi peyda olması və başqaları ilə;

  • Dövlət maliyyəsi sahəsində - dövlət sabitləşdirici (stabilləşdirici) fondlarının və qızıl-valyuta ehtiyatlarının miqdarının kəskin şəkildə azalması, büdcə kəsirinin yaranması və ya kəskinləşməsi, vergi yığılmalarının sürətli azalması, dövlət xərclərinin büdcədən məliyyələşdirilməsinin azalması, daxili dövlət borcunun idarə olunmayan artımı ilə və sairə.

Qloballaşma dövrü milli iqtisadiyyatların qeyri-sabitliyinin və böhranların yaranması ehtimallarının artması ilə səciyyələnir. Təsadüfi deyil ki, maliyyə böhranı terminindən son zamanlar çox geniş və ümümi mənada istifadə olunur. Əvvəllər əgər söhbət iqtisadi böhranlara səbəb olan hadisələrdən gedirdisə, indi daha çox “pul böhranlarından” danışılır.

Maliyyə böhranının səbəbləri müxtəlifdir. İlk növbədə, bunun səbəbləri əsassız makroiqtisadi siyasət, dövlət köçürmə - ödəmə münasibətləri sisteminin kökündən pozulması, inflyasiyanın güclənməsi, bank sektorunda çaxnaşma, zəif milli maliyyə sistemi, əlverişsiz xarici şərtlər (milli ixrac mallarının qiymətinin düşməsi, idxal mallarının qiymətinin qalxması), düzgün olmayan mübadilə kursu, siyasi qeyri sabitlikdir. [4.s.4] Əksər iqtisadçılar maliyyə böhranını maliyyə sisteminin böhran kimi qələmə verirlər. Maliyyə sisteminin böhranı əsas maliyyə institutlarının öz borcunu ödəyə bilməməsi ilə ifadə olunur və maliyyə çaxnaşması ilə müşayət olunur. Maliyyə sistemi böhranının bu formada institusional anlaşılması onun kredit müəssissələrinin müflisləşməsi ilə əlaqələndirilməsinə və bank böhranı kimi anlaşılmasına səbəb olur. Maliyyə böhranının tərkib hissələri (komponentləri) aşağıdakılardır: [13.s.448]

Büdcə;

Bank;


Pul dövriyyəsi;

Valyuta;


Birja.

Maliyyə böhranı dedikdə valyuta sisteminin böhranı, bank sisteminin böhranı, fond birjası böhranı başa düşülür.

İqtisadçılar məsələn, ABŞ-ın Milli İqtisadi Tədqiqatlar Bürosunun ekspertləri [13.s.16] maliyyə böhranlarının üç əsas növünü fərqləndirirlər: valyuta böhranı (buna pul böhranı da deyirlər); borc böhranı və sistematik bank böhranı. Bəzən bu siyahıya dördüncü də əlavə olunur – “qəfil dayanma” (ingilis dilində - sudden stop) effekti. [2.]

Valyuta böhran – iqtisadiyyatda xarici valyuta tələbin kəskin artması nəticəsində yaranan stress vəziyyəti kimi izah edilir. Xarici valyuta “axını” baş verdiyi halda yerli valyutanın kəskin devalvasiyası ölkə daxilində beynəlxalq ehtiyatlarının xərclənməsi, faiz dərəcələrinin kəskin artması, ölkədən kaptal çıxarılmasına məhdudiyyətlərin qoyulması və ya sərtləşdirilməsi və başqa baş verirsə bu valyuta böhran adlanır.




Yüklə 365,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin