Diplom iŞİ


Mövzunun işlənmə dərəcəsi



Yüklə 233,62 Kb.
səhifə2/15
tarix11.12.2022
ölçüsü233,62 Kb.
#120837
1   2   3   4   5   6   7   8   9   ...   15
GİRİŞ

Mövzunun işlənmə dərəcəsi. Bu məsələyə həm xarici, həm də yerli səviyyədə yanaşa bilərik. Belə ki, xarici ədəbiyyatlarda bu haqda bir çox alimlərin elmi əsərləri, araşdırma, tətqiqat və məqalələri mövcuddur. Xüsusilə, yerli vergilərin tətbiqilə əlaqədar Riçard.M.Börd, Masgreyv R.A, Daflon.B, Deyvi.K, Sianiviç.P kimi alimlərin tətqiqat və elmi məqalələrini qeyd edə bilərik.
Azərbaycanda isə sırf yerli vergilərin tətbiqi ilə bağlı belə araşdırma və tətqiqatlar demək olar ki, yoxdur. Lakin F.Ə. Məmmədov, A.F. Musayev, M.M.Sadiqov, Y.A. Kəlbiyev, R.B. Məhərrəmov, P.Q. Rzayev kimi müəlliflərin vergilərlə bağlı kitablarında bələdiyyə vergilərinə də yer verilib. Bunlardan əlavə, "Azərbaycanın vergi jurnalı"–nın nəşirlərində müxtəlif müəlliflər tərəfindən bu mövzuya toxunulub. Vergilər Nazirliyinin Tədris Mərkəzi də yerli vergilərin tətbiqi ilə bağlı metodik vəsaitlər nəşr edib.
Tətqiqatın obyekti. Bu tətqiqatın obyektini yerli vergilərin tətbiqi mexanizmləri təşkil edir.
Tətqiqatın predmeti. Tətqiqatın predmeti yerli vergilərin inkişaf tarixini, mahiyyətini, nəzəri əsaslarını, iqtisadiyyatda rolunu araşdırmaq, həm yerli, həm də ABŞ, İngiltərə, İsveçrə kimi xarici ölkələrin timsalında yerli vergilərin yığılması təcrübəsini nəzərdən keçirərək onların müqaisəli təhlilini aparmaqdır.
Tətqiqatın məqsəd və vəzifələri. Tətqiqatın məqsədi müasir iqtisadiyyata yerli vergilərin təsir mexanizimlərini araşdırıraraq onları Azərbaycandakı yerli vergi siyasətinə tətbiq etmək və yerli idarəetmə orqanlarının büdcəsində yerli vergilərin mövqeyni möhkəmləndirmək məqəsədilə təkliflər irəli sürməkdir. Bu məqsədi yerinə yetirmək üçün qarşıya bir sıra vəzifələr qoyulub:

  • Yerli vergilərin tarixi inkişaf prosesini və nəzəri əsaslarını araşdırmaq

  • Yerli vergilərin müasir dünya iqtisadiyyatında və yerli büdcələrdəki rolunu müəyyənləşdirmək

  • Xarici təcrübədə yerli vergilərin tətbiqi qaydalarını araşdırmaq

  • Azərbaycanda bələdiyyə vergilərinin tətbiqi mexanizimini nəzərdən keçirərək xarici ölklərlə müqaisəli təhil etmək

  • Respublikamızda yerli vergilərin tətbiqi məsələləri ilə bağlı təkliflər vermək.


Yüklə 233,62 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin