1. Qıcıqlandırıcının qüvvəsi və gözlənilmədən təsiri (qüvvətli səs, kəskin iy, güclü
işıq və s.).
2. Qıcıqlandırıcının yeniliyi və qeyri-adiliyi.
3. Obyektin hərəkətdə olması. Qeyri-ixtiyari diqqət insanın emosional
vəziyyətindən (əhval-ruhiyyəsi, sağlamlıq dərəcəsi, maraqları, təlabatı və s.) asılı
olaraq da əmələ gəlir.
İxtiyari diqqət yalnız insana məxsusdur. İnsanın xüsusi niyyəti, məqsədilə bağlı
olaraq əmələ gələn və xüsusi səy tələb edən diqqətə ixtiyari diqqət deyilir. İxtiyari
diqqət daha çox fəaliyyət prosesindəəmələ gəlir və fəaliyyətin tənzim olunmasına
yönəlmiş olur. Davamlı diqqətin əmələ gəlməsi bir sıra şərtərdən asılıdır:
1. Borc və məsuliyyəti aydın dərk etmək.
2. Fəaliyyətin konkret məqsədini aydın dərk etmək.
3. Adəti iş şəraitinin olması.
Dostları ilə paylaş: |