etmədən, heç bir iradi cəhd göstərilmədən yadda qalırsa bu
qeyri-ixtiyari hafizə
adlanır.
Əgər insan qarşısına xüsusi yaddasaxlama məqsədi qoyur və lazım olan materialı
yadda saxlamaq üçün iradi səy göstərirsə, üsul və qaydalardan istifadə edirsə bu
ixtiyari hafizə adlanır.
Qısamüddətli hafizədə bilavasitə qavradığımız cisim və hadisələri müəyyən
müddət ərzində görməkdə, eşitməkdə və s. davam edirik. Qısamüddətli hafizə
çoxaz müddət (bir neçə saniyə və ya dəqiqə) davam edən bir prosesdir. İndicə hiss
üzvlərimizin verdiyi məlumatı operativ surətdə tutmağa, dəyişdirməyə və
canlandırmağa qısamüddətli hafizə deyilir.
3. Materialın möhkəmlənməsi və yadda saxlanması müddətindən asılı olaraq
hafizənin qısa müddətli, uzun müddətli və operativ növləri qeyd edilir.
Operativ hafizə insanın bilavasitə həyata keçirdiyi aktual iş vəəməliyyatlara xidmət
edən mnemik prosesdir. Adətən insan müəyyən məsələni həll edərkən ona lazım
olan məlumatları xatırlayır və ondan istifadə edir. Əməliyyatlar qurtardıqdan sonra
həmin məlumat yenidən beyində hifz olunur. Bu proses operativ hafizə
iləəlaqədardır.
Dostları ilə paylaş: