7-ci sual. Dərk olunan cisim və hadisələrin yadda saxlanması, hifz olunması, yada
salınması və tanınması hafizə prosesləri adlanır. Yaddasaxlama – gerçəkliyin
cisim və hadisələrin təsiri ilə duyğu və qavrayış prosesində beynimizdəəmələ gələn
təəsürat və surətlərin möhkəmləndirilməsi prosesidir. Yaddasaxlamanın üç əsas
forması var: əksinialma və ya nəqşləndirmə, qeyriixtiyari və ixtiyari
yaddasaxlama. İxtiyari yaddasaxlamanın xüsusi bir növü öyrənmədir. Öyrənmə
planlı və müəyyən üsullardan istifadə etməklə xüsusi təşkil edilən
yaddasaxlamadır.
Unutma olduqca mürəkkəb bir prosesdir. Unutma əyrisi hər şeydən əvvəl
materialın yadda saxlanılmasından dərhal sonra ilk saatlarda sürətlə aşağı
düşməklə xarakterizə olunur. Məlum olmuşdur ki, mənimsənilmiş informasiya ilk
9 saatda daha nəzərəçarpacaq dərəcədə azalır. O, ilk 9 saatda 100% -dən 35%-dək
enir, informasiya itkisi əvvəlki həcmin 2/3-dən çoxunu təşkil edir. Bu baxımdan
Q.Ebbinhauzun təcrübəsi maraqlıdır. O, sübut edir ki, öyrənilən materialın 40%-i
yarım saat sonra, 66%-i bir gündən sonra, 75%-i üç gündən sonra, 79%-i bir aydan
sonra unudulur. Psixologiyada unutmanın3 növünü ayırd edirlər:
1. İstifadə edilmədiyi üçün informasiyanın itkisi
2. İnterpretasiya nəticəsində informasiyanın itirilməsi
3. Motivasiya ilə şərtlənmiş unutma
Unutma ilə reminissensiya prosesləri fərqlidir. Unutma zamanı keçmiş
təcrübənin ümumiyyətlə yada salınması qeyri-mümkündür. Reminissensiya zamanı
isə keçmiş təcrübə qısa müddətdə sanki unudulur, amma sonradan yada düşür.
Yadasalmanın3 səviyyəsini qeyd etmək olar: tanıma, xüsusi yadasalma və
xatırlama. Tanıma cismin təkrarən qavranılmasına istinad edir. Əgər material
xüsusi çətinlik çəkmədən canlandırılırsa, bu xüsusi yadasalmadır. Yadasalma
niyyətli və niyyətsiz olur. Xatirə keçmişimizin məkan və zamanla məhdudlaşan
surətlərinin yada salınmasıdır. Bunun mərkəzində şəxsin özü və onun başına gələn
hadisələr durur.
Yaddasaxlamanın bir növü kimi süni yolla assosiasiya yaradaraq yaddasaxlamanı
da qeyd edirlər. Bu cür yaddasaxlama mnemonik yaddasaxlama adlanır. Məsələn,
20.07 rəqəmini yaddasaxlamaq üçün 2007 ilini yada salmaq kifayətdir. Yaxud yeni
tanış olduğumuz adamın adını həmin adda olan yaxın adamımızın adı ilə yeni
olduğuna görə yadda saxlayırıq.
Истифадя олунмуш ядябиййат
1. Байрамов Я.С. Ялизадя Я.Я. Психолоэийа. Бакы: 2003
2. Мяммядов А.Идрак просесляри. Бакы: 2005
3. Немов Р.С . Психология. М: 2001
4. Маклаков С.Я. Общаяпсихология. М: 2006
5. Лурия А.Р. Вниманиеи память. М., 1975
6. Рубинштейн С.Л. Основы общей психологии. М., 1989