Дырнаг вә тире ишарәләри фәрглидир, һамысы ејни формаја салынсын



Yüklə 2,92 Mb.
səhifə4/20
tarix24.05.2018
ölçüsü2,92 Mb.
#51252
1   2   3   4   5   6   7   8   9   ...   20

Gənclərə nəsihət


Höccətülislam Məhəmmədrza Rzayi

16-17 yaşım olardı. Bir gün əkin sahəmizdə çalışırdım.

Onun ixlası və saflığı haqda çox eşitmişdim. Bilirdim ki, kənd camaatı da onu sevir. Hərbi xidmətdən qayıdanda onu təntənə ilə qarşılamışdılar. Toyunda da hamı əlindən gələni etmişdi.

Bunlardan xəbərdar idim, amma hələ onunla yaxından həmsöhbət olmamışdım. Belə bir imkanın yaranmasını çox istəyirdim. Bəlkə elə buna görə də, həmin gün məni çağıranda sevincimdən uçmaq istədim. Əlini qaldırıb işarə ilə məni yanına çağırdı.

Özümü ona necə çatdırdığımı bilmədim. Salam verdi. Özümü itirib birtəhər cavabını verdim. Əlindəki beli kənara qoydu. Deyəsən, istirahət vaxtı idi. Orada yerdə oturduq. Beynimdə min cür sual yaranmışdı, öz-özümə deyirdim ki, görəsən, mənimlə nə işi var. Nəhayət, danışmağa başladı. Dindən, dinə sədaqətdən, mübarizədən və inqilabçılıqdan danışdı, sonra mənə nəsihət verməyə başladı. Özü gənc olsa da, mehriban və xeyirxah bir ata kimi nələrdən ehtiyatlı olmağımı, hansı işləri görməli və hansı işlərə əsla yaxınlaşmamalı olduğumu deyirdi. O, bu yaxşılığı yalnız mənə etməmişdi, kənd camaatından uyğun gördüyü hər bir adamla belə söhbətlər edirdi.

Elə güclü, mənəvi enerji ilə danışırdı ki, zamanın ötdüyünü hiss etmirdim. Sözləri bitəndən sonra özümə gəlib anladım ki, bir-iki saatdır orada oturmuşam.

Söhbətdən sonra yenidən beli götürüb işləməyə başladı.

Onun yanında daha çox qalmaq istəyirdim, amma narahat edə biləcəyimi düşünüb qalmadım. Sağollaşıb getdim. Və gedəndə ona hörmətim daha da artmışdı.


Zahidan səfəri


Seyid Kazim Hüseyni

1974-1975-ci illər idi. O zaman Əbdülhüseynlə yeni tanış olmuşdum. Dostluğumuzun əvvəlindən onun mübarizə xəttində olduğunu anladım. Yavaş-yavaş məni də mübarizəyə qoşdu. Bir müddətdən sonra inqilabın məşhur şəxsiyyətləri ilə tanış oldum. Onların söhbətlərinə çox gedirdik. Bir gün mənə dedi ki, səfərə çıxmaq istəyirəm, gəlirsən?

– Haraya?

– Zahidana.

Əmin idim ki, məqsədi istirahət deyil, yenə hansısa işdən ötrü gedir. Soruşdum ki, inşallah, tapşırıqdır, eləmi?

Soyuqqanlılıqla dedi: «Yox, elə-belə gəzmək üçün bir dost səfəridir».

Sirr saxlamaqda mahir idi. Belə olanda çox da israr etmirdim. Dedim ki, gedək.

Üzümə baxıb gülümsədi.

– Saqqalını çox qısalt, bığlarını isə uzat.

– Baş üstə.

– Hazırlaş, səni götürməyə gələcəyəm.

Sağollaşıb getdi. Bir neçə saatdan sonra əlində bir yağ vedrəsi ilə qayıtdı.

– Bunu neyləyirsən?

– Elə-belə götürdüm, bəlkə lazım oldu.

O zaman İmam Xomeyninin Xorasan vilayətində şəriət ödəncləri üzrə nümayəndəsi olan bir ruhaninin evinə getdik. Mən bayırda gözlədim, o isə içəri girdi. Bir neçə dəqiqədən sonra çıxıb dedi ki, gedək.

Avtovağzala getdik, Zahidan avtobuslarından birinə minib yola düşdük.

Zahidana çatanda ilk mehmanxanada bir otaq götürdük. Hələ tam yerləşməmiş yağ vedrəsini götürüb getməyə hazırlaşdı. Təəccüblə soruşdum ki, haraya?

- Bir yerə gedim, tez qayıdacağam.

Bir qədər fikirləşdi.

- Birdən gec olsa, nigaran qalma.

– Bu yağ vedrəsi ilə haraya getdiyini demək istəmirsən?

Əminliklə dedi: «Yox».

Qapıya yaxınlaşdı.

Heç olmasa, bir az qalıb yorğunluğunu çıxaraydın.

– Çox yorğun deyiləm.

Qapının yanında mənə sarı dönüb dedi: «Yadında qalsın, seyid can, nə qədər geciksəm də, nigaran qalma; yəni durub polisə-zada getməyəsən».

Sağollaşıb getdi.

Düz iki gündən sonra qayıtdı. Yağ vedrəsi də əlində idi. Bu müddətdə nələr çəkdiyimi Allah bilir. Çatan kimi dedi ki, hazırlaş, gedək.

– Gedək?! Elə bu?!

– Hə, gedək.

– Əcəb gəzdik ha.

Gizli bir işinin olduğunu bilirdim. Dedim ki, məsələ nədir, ağa Burunsi, mənə də de. Demədi. Nə qədər israr etdimsə, bir şey öyrənə bilmədim. Axırda dedim: «Yəni daha bizə inanmırsan».

– Əgər inanmasaydım, gətirməzdim.

– Bəs onda nə üçün demirsən?

– Hələlik məsləhət deyil.

Çantamı götürüb arxasınca avtovağzala yola düşdüm. Orada Məşhədə bilet alıb avtobusa mindik. Yolda yenə canına düşdüm, amma nə etdimsə, faydası olmadı; bir şey demədi ki demədi.

İnqilabın qələbəsinə qədər bir neçə dəfə soruşdum, yenə danışmadı. Sirr saxlamaqda misli yox idi. Demək lazım deyildisə, deməzdi. Hətta SAVAK da onunla bacara bilmirdi. Bir dəfə tutub bir-bir dişlərini qırmış, başına min oyun açmış, amma bir kəlmə də öyrənə bilməmişdilər.

Nəhayət, inqilab qələbə çaldı. Bir müddətdən sonra Sepah Əhmədabad xiyabanında Qadınlar mərkəzi adlı bir yer açdı. Burunsi oranı mühafizə edirdi. Bütün mərkəzin mühafizəsini ona tapşırmışdılar.

Bir gün onu görməyə getdim. Təsadüfən, istirahət saatı idi. Otağında oturub sanki məni gözləyirdi. Salamlaşıb yanında oturdum. Zahidan səfəri hələ də mənə maraqlı idi. Dedim ki, daha iş-işdən keçib, de görək məsələ nə idi.

Gülüb əli ilə çiynimə vurdu, dedi ki, hə, daha təhlükəsi yoxdur, deyərəm.

- O zaman bildiyin kimi, Hacı ağa Xamenei İranşəhrin bir kəndinə sürgün olunmuşdu. O vaxt mən ona bir məktub çatdırmalı idim.

– Bir məktubu vermək iki gün çəkir?!

– Doğru deyirsən, amma başqa bir iş də çıxdı.

– Hansı iş?

– Məktubu ağaya verəndə görüş otağına gedən yolu göstərib dedi ki, SAVAK buradan bizə nəzarət edir, yanımıza gələnlər kameraya düşürlər. Buna bir çarə qıla bilsən, çox yaxşı olar.

Başa düşdüm ki, ağa kamera ilə girişin arasında divar hörməyimi istəyir. Mən də tez işə başladım. Kərpic gətirib orada bir divar hördüm. Buna görə qayıtmağım iki gün çəkdi.

Gülüb dedim: «Onda həmin yağ vedrəsini də ağa üçün istəyirdin?»

– Bəli.


– SAVAK məmurları səni saxlamadılar?

– Təsadüfən, gələndə ağa bunu ehtimal etdi. Dedim ki, gələndə başıma şal bağlamışdım, məni tanımazlar. Lakin ağa razılaşmadı və məni başqa bir yoldan bayıra çıxardı.


Soyuq hava


Höccətülislam Məhəmmədrza Rzayi

Əllimetrlik torpağım vardı. Sənədi düzgün idi, amma ev tikməyə qoymurdular. Açıq-aşkar deyirdilər ki, işə başlamaq üçün bizim «haqqımızı» verməlisən.

Bir tərəfdən rüşvət vermək istəmirdim, bir tərəfdən də evi mütləq tikməli idim. Qışın soyuğu da işimi çətinləşdirirdi.

Nəhayət, bir gün qərara gəldim ki, gecə ikən torpağın ətrafına hasar çəkim. Usta Əbdülhüseynin yanına gedib məsələni danışdım. Dedi: «Başqa bir bənnaya da deyərəm, özün də kömək edərsən, inşallah, bir gecəyə bitirərik».

Belə tez qəbul edəcəyini b

Yüklə 2,92 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin