241) Ştamplamanın əsas məqsədi nədir?
A) Gilizi genişləndirmək
B) Gilizin formasını dişin anatomik formasına yaxınlaşdırmaq
C) Gilizi parıldatmaq
D) Gips sütünundan metal sütünu hazırlamaq
E) Gilizin keyfiyyətini artırmaq
Ştamplanmanın əsas məqsədi gilizin formasını dişin anatomik formasına yaxınlaşdırmaqdır. Bunun üçün bir sıra klinik və laborator mərhələlər var.
Ştamplama üsulu ilə qapağın hazırlanmasının 12 klinik və laborator mərhələsi var;
Dişlərin yonulması
Ölçünün alınması
Diş cərgələrinin gips modellərinin alınması
Mərkəzi okklüziyanın təyini (klinikada) və modellərin mərkəzi okklüziya vəziyyətində qapanması (laboratoriyada).
Modellərin okklüdatora bərkidilməsi
Diş taclarının modelləşdirilməsi
Modeldən gips ştampların alınması
Gips ştamplardan metal ştampların alınması
Gilizlərin seçilməsi və hazırlanması
Qapaqların ştamplanması
Klinikada qapaqların yoxlanılması
Süni qapağın cilalanması və parıldadılması
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137
Dostları ilə paylaş: |