963) Keramik çiynin hazırlanması üçün keramik sobada neçə dəfə bişmə aparılır?
A) 1
B) 3
C) 2
D) 4
E) 5
Keramik çiynin hazırlanması zamanı 2 bişim sikli keçirtmək vacibdir, çünki I bişim siklindən sonra keramik çiyin kütləsində yığılma baş verir.
Ədəbiyyat: Геральд Убасси: « Форма и цвет » Москва 2003 səh 67
964) Keramik çiyinin hazirlanması zamanı gips sütununu nə ilə izolə edirlər?
A) Vazelinlə
B) Mum karandaşı ilə
C) izoləedici məhlulla
D) Su ilə
E) Adi yağla
Gips sütununu keramik çiyindən ayırmaq üçün mum karandaşından istifadə edurlər.O gips ilə keramik çiyin arasında qat yaratmır və onların yapışmasının qarşısını alır.
Ədəbiyyat: Геральд Убасси: « Форма и цвет » Москва 2003 səh 68
965) Press keramik protezlərin hazırlanması zamanı protezin nə ilə modelləşdirirlər?
A) Adapta vasitəsilə
B) Gips vasitəsi ilə
C) Keramik kütlələr vasitəsilə
D) Mum vasitəsi ilə
E) Plastmas vasitəsi ilə
Press keramikada konstruksiyanın keramika ilə əvəz olunması üçün mumla modelləşdirilir, sonra mum əridilir və əvəzinə keramika preslənir.
Ədəbiyyat: Геральд Убасси: « Форма и цвет » Москва 2003 səh 162
Dostları ilə paylaş: |