Diş texniki ixtisası üzrə nümunəvi test sualları Bölmə Qarışıq Diş texniki 1 Hansı hallarda çıxan protezlər hazırlanır?


) Aralıq hissənin hansı formasıdır gigiyenik



Yüklə 2,35 Mb.
səhifə5/20
tarix20.01.2017
ölçüsü2,35 Mb.
#702
1   2   3   4   5   6   7   8   9   ...   20

178) Aralıq hissənin hansı formasıdır gigiyenik olub, yalnız çeynəmə dişlərinə tətbiq edilir?
A) Toxunan və yuyulan

B) Yəhərəbənzər

C) Yəhərəbənzər və yuyulan

D) Toxunan

E) Yuyulan
Körpüvari protezlərin aralıq hissəsinin 3 forması var.


  1. Toxunan

  2. Yuyulan (asma)

  3. Yəhərvari

Yuyulan və ya asma forma gigiyenikdir, damağın dərin atrofiyası zamanı hazırlanır və yalnız azı (çeynəmə) dişlərdə tətbiq edilir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
179) Modelləşdirmədə dişin ölçüsünü nisbətən böyütmək nə zaman lazımdır?
A) Tökmə qapaqlarda

B) Qızıl qapaqlarda

C) Metal qapaqlarda

D) Plastmas qapaqlarda

E) Kombinəedilmiş qapaqlarda
Plastmas qapaq hazırlayarkən modelləşdirmə zamanı dişin anatomik forması- tam ölçülərdə aparılmalıdır, hətta polimerzasiyadan sonrakı emalı nəzərə alaraq az miqdarda ölçü böyüdülə bilər.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 149
180) Ən uzun ömürlü və effektli qapaqlar hansılardır?
A) Metal-çini

B) Plastmas

C) Teleskopik və ekvator qapaq

D) Ştamplanmış metal qapaq

E) Metal-plastmas
Ortopedik stomatologiyada bütün konstruksiyaların müsbət və mənfi cəhətləri vardır. Hər hansı bir konstruksiyanın effektli və uzun ömürlü olması onun dəqiq texnologiya ilə hazırlanmasından asılıdır. Yalnız metal-çini konstruksiyalar digər materiallardan fərqli olaraq daha möhkəm estetik və uzun ömürlüdür.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 187
181) Körpüvari protezlərdə dayaq elementi olaraq nədən istifadə olunur?
A) Bütün dişlərdən və köklərdən

B) Yalnız mərkəzi dişlərdən

C) Müalicədən sonra bütün kariesli dişlər

D) Yalnız böyük azı dişlərdən

E) Yalnız azı dişləri
Körpüvari protezlərə dayaq elementi olaraq müxtəlif növ qapaqlardan və ştiftli dişlərdən istifadə etmək olar. Bu konstruksiyalar III böyük azı dişləri çıxmaq şərtilə bütün dişlər üzərində yerləşdirilə bilər. Hətta sağlam tələblərə (ştiftli konstruksiyaların tələbləri) uyğun olan köklərin üzərinə belə hazırlana bilər.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 171-176
182) Ön dişlərə hazırlanmış aralıq hissə hansıdır?
A) Yəhərvari

B) Həkimin seçimindən asılıdır

C) Toxunan

D) Yuyulan

E) Yəhərvari və yuyulan
Ön dişlərə hazırlanması mümkün olan aralıq hissənin forması toxunandır. Aralıq hissənin 3 forması var:

1.Toxunan

2. Yuyulan (asma)

3. Yəhərvari
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
183) Körpüvari protezin aralıq hissəsini modelləşdirərkən (dişlərin oral səthini) nəyə fikir vermək lazımdır?
A) İstənilən formada modelləşdirilə bilər

B) Bir dişdən o biri dişə hamar keçid olmalıdır

C) Sərhəd qoyulur

D) Sərhəd qoyulmur

E) Dişin anatomik formasını tam, dəqiq bərpa edirlər
Körpüvari protezin aralıq hissəsini modelləşdirərkən bir dişdən o biri dişə keçid hamar olmalıdır. Çünki oral səthdən bir dişdən o biri dişə keçid modelləşdirildikdə dilin selikli qişasının zədələnməməsinin qarşısını almaq üçün hamar forma verilməlidir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 171-172
184) Hansı protez qeyri-gigiyenikdir və selikli qişaya yatır?
A) Yəhərəbənzər

B) Yəhərəbənzər və yuyulan

C) Toxunan

D) Toxunan və yuyulan

E) Toxunan və yəhərvari
Körpüvari protezin aralıq hissəsinin 3 forması var:

1.Yuyulan (asma)

2.Toxunan

3.Yəhərəbənzər

Bu formalarının hamısının müsbət və mənfi cəhətləri var. Yalnız yəhərəbənzər forma qeyri-gigiyenikdir, selikli qişaya tam yatır və bununla onun qıcıqlanmasına səbəb olur.


Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
185) Yuyulan forma toxunan formadan nə ilə fərqlənir?
A) Frontal, toxunan forma isə çeynəmə dişlərinə hazırlanır

B) Selikli qişaya yatmır, toxunan forma isə yatır

C) Selikli qişaya tam yatır, toxunan forma isə yatmır

D) Azı, toxunan forma isə frontal dişlərə hazırlanır

E) Qeyri-gigiyenik, toxunan forma isə gigiyenikdir
Yuyulan forma damağın dərin atrofiyası zamanı hazırlanır. Adından göründüyü kimi yuyulan (və ya asma) yəni damağa çatmayan formadır. Toxunan forma selikli qişaya toxunur.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
186) Aşağıdakılardan hansı laborator mərhələdir?
A) Mərkəzi okklüziyanın təyini

B) Polimerləşdirmə

C) Ölçünün alınması

D) Qapağın yoxlanması

E) Dişlərin yonulması
Çıxmayan konstruksiyalar müxtəlifdir, fərqli formaları, fərqli klinik və laborator mərhələləri vardır. Yalnız bütün konstruksiyaların hazırlanmasında eyni oxşar mərhələlər var. Polimerləşdirmə plastmasdan hazırlanan konstruksiyaların son laborator mərhələlərindən biridir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 149
187) Ştamplama neçə mərhələdən ibarətdir?
A) 2

B) 3


C) 5

D) 4


E) 1
Ştamplanmanın 3 növü var ki, iki mərhələsi –ilkin və yekun. İlkin ştamplama metal ştamp üzərində, yekun ştamplama zindan (yolka nakovalniya) üzərində aparılır.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 145
188) Çini qapağın tətbiqinə göstərişləri nə məhdudlaşdırır?
A) Plastik olmaması , kövrəkliyi

B) Ağız boşluğunda çox yer tuturması

C) Ağır konstruksiya olması

D) Allergik reaksiya verməsi

E) Qapağın rəngi dəyişməsi

Çini qapaqların digər materiallardan bir sıra üstünlikləri var. Yalnız mənfi cəhətləri də var ki, bu da onların plastik olmaması,kövrək olmasıdır. Belə ki, bu mənfi cəhəti nəzərə alaraq onları hazırlayarkən anatomik formalarını tam dəqiqliklə vermək lazımdır, aşağı çənənin bütün istiqamətlərdən hərəkəti zamanı okklüzion münasibətlərə texnoloji nöqteyi nəzərdən riayət olunmalıdır.


Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 187
189) Verilənlərdən hansı güdüllü və ştiftli qapaqlara aid deyil?
A) Sementin sorulmasının qarşısını alır

B) Çıxmayan protezlərdir

C) Dişin tacını bərpa edirlər

D) Yalnız metaldan hazırlanır

E) Plastmas və çinidən hazırlanır
Güdüllü və ştiftli konstruksiyalar istənilən materialdan: metaldan, plastmasdan, çinidən hazırlana bilər.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79-80
190) Çıxan körpüvari protez hazırlanmasına görə neçə yerə bölünür?
A) 4

B) 3


C) 1

D) 2


E) 5
Çıxan körpüvari protez iki yerə bölünür:

1.Dayaq tutucu klammerlə çıxan körpüvari protez

2.Qıfıllı birləşmələrlə çıxan körpüvari protez
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 180
191) Çıxmayan protezlərin çatışmayan cəhətləri hansılardır?
A) Ağız boşluğunda çox yer tutması

B)Ağızda dad hissiyatını itirməsi

C) Torusun olması zamanı hazırlanmasının mümkün olmaması

D) Dişləri yonmağın lazım gəlməsi

E) Olmayan dişləri əvəz etməsi

Bütün çıxmayan konstruksiyalar ağız boşluğunda yonulmuş dişlər üzərində yerləşdirilir. Bu da onların mənfi cəhətləri hesab olunur.


Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 57
192) Hansı xüsusiyyətlər ölçü materiallarına aid deyil?
A) Ağız suyunda həll olmalıdır

B) Pis qoxuya və dada malik olmamalıdır

C) Alınmış ölçü modeldən asan ayrılmalıdır

D) Ağız boşluğu toxumalarının relyefini tam əks etdirməlidir

E) Ağız boşluğu toxumalarına mənfi təsir göstərməməlidir
Ölçü materiallarına aid olan xüsusiyyətlər:

1. Ağız boşluğu toxumalarına mənfi təsir göstərməməlidir.

2. Pis qoxuya və dada malik olmamalıdır.

3. Alınmış ölçü modeldən asan ayrılmalıdır.

4. Protez nahiyyəsinin relyefini tam əks etdirməlidir.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 113-115
193) Aşağıdakılardan hansılar model növləridir?
A) Plastmas, metal və kombinəedilmiş

B) Diaqnostik, işçi, köməkçi

C) Anatomik, funksional, diaqnostik

D) İlkin, işçi, yekun

E) Ortoqnatik, biproqnatik, diaqnostik
Model-protez yatağında yerləşən bütün növ toxumaların pozitiv əks olunmasına deyilir. Modelin 3 növü var: diaqnostik, işçi və köməkçi.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 49-50
194) Gips sütunlarını nə üçün suda saxlamaq lazımdır?
A) Suyu hopdurub, gipsin blokdan asan çıxmasını təmin etməsi üçün

B) Çəkilmiş boyun cızıqları itməməsi üçün

C)İstifadə müddətinin artması üçün

D) Deformasiyaya uğramaması üçün

E) Mum verilmiş hissəsi ayrılıb qopmaması üçün
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 63
195) Toxunan və yuyulan formanın eyni cəhətləri hansılardır?
A) Qeyri-gigiyenik olmaları

B) Çeynəmə dişlərinə hazırlanmaları

C) Frontal dişlərə hazırlanmaları

D) Bütün dişlərə hazırlanmaları

E) Gigiyenikdir olmaları
Toxunan və yuyulan formaların eyni cəhəti hər ikisinin də gigiyenik olmasıdır. Toxunan forma damağa yalnız vestibulyar səthi ilə toxunur, bu cəhətdən gigiyenik cəhətdən əlverişlidir. Yuyulan forma damağa çatmır və damağa gigiyenik cəhətdən qulluq etmək çox asanlaşır.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
196) Artikulyasiya nədir?
A) Üst çənənin müəyyən istiqamətlərdə yerdəyişməsidir

B) Alt çənənin üst çənəyə nəzərən dişlərin bir-birinə toxunmaması halında qapanmasıdır

C) Alt çənənin müəyyən istiqamətlərdə yerdəyişməsidir

D) Alt çənənin üst çənəyə nəzərən müxtəlif yerdəyişməsidir

E) Alt çənənin üst çənəyə nəzərən dişlərin daha çox təmasda olması halında qapanmasıdır
Artikulyasiya və okklüziya anlayışi, stomatologiyada çoxdan işlənməsinə baxmayaraq, ayrı-ayrı müəlliflər tərəfindən müxtəlif şəkildə izah olunur. Hazırda artikulyasiya (latınca anatomik mənada “articulatio”- oynaq deməkdir) alt çənənin üst çənəyə nisbətən çeynəmə əzələləri vasitəsilə icra etdiyi bütün vəziyyətlərinə və yerdəyişməsinə deyilir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 48-49
197) Çıxmayan protez hazırlanmasında istifadə olunan əsas materiallar hansılardır?
A) Modelləşdirmə mumu, obraziv materiallar, gilizlər

B) Plastmas, metal, çini

C) Gilizlər, plastmas, modelləşdirmə mumu

D) Turşular, leykoplastr, çini

E) Gips, lehim, modelləşdirmə mumu
Ortopedik stomatologiyada protezlərin hazırlanması zamanı istifadə olunan bütün materiallar 2 qrupa bölünür:


  1. Əsas materiallar

  2. Köməkçi materiallar

Əsaslara metallar, metal ərintiləri (xəlitələr), plastmaslar, keramik kütlələr, süni dişlər aiddir.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 29
198) Yarımqapağın hazırlanmasına aid olan tələblər hansılardır?
A) Diş kökü uzun olmalı

B) Hündür taca, enli kəsici kənara, aydın ifadə olunmuş qabarlara malik olmalı

C) Diş tacı enli olmalı

D) Diş tacı yaxşı ifadə olunmuş qabara malik olmalı

E) Hündür taca, sağlam köklərə malik olmalı
Yarımqapaqları hazırladıqda dayaq dişlər aşağıdakı tələblərə cavab verməlidir; onlar yaxşı ifadə olunmalı, kəsici kənarları enli, mina qatı sağlam olmalıdır. Nazik, yastı, boynu dar olan uzun dişlər, minası kövşək və protezin fiksasiyası üçün lazımi uzunluqda olmayan, eləcə də aproksimal səthi kariyesə uğrayan, həmçinin tacları sürtülmüş alçaq dişlər yarımqapaq hazırlamaq üçün yararlı deyil. Yarımqapaq hündür taca, enli kəsici kənara, yaxşı ifadə olunmuş qabarlara malik olmalıdır

Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 134-135


199) Ştamplama üsulu ilə hazırlanmış qapağın neçə klinik və laborator mərhələsi var?
A) 7

B) 10


C) 4

D) 12


E) 6
Ştamplama üsulu ilə qapağın hazırlanmasının 12 klinik və laborator mərhələsi var;

  1. Dişlərin yonulması

  2. Ölçünün alınması

  3. Diş cərgələrinin gips modellərinin alınması

  4. Mərkəzi okklüziyanın təyini (klinikada) və modellərin mərkəzi okklüziya vəziyyətində qapanması (laboratoriyada).

  5. Modellərin okklüdatora bərkidilməsi

  6. Diş taclarının modelləşdirilməsi

  7. Modeldən gips ştampların alınması

  8. Gips ştamplardan metal ştampların alınması

  9. Gilizlərin seçilməsi və hazırlanması

  10. Qapaqların ştamplanması

  11. Klinikada qapaqların yoxlanılması

  12. Süni qapağın cilalanması və parıldadılması

Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137


200) Hazırlanmasına görə qapaqlar neçə yerə bölünür?
A) Ştamplanmış, tökmə və qaynaq edilmiş

B) Plastmas və metal

C) Ştamplanmış, tökmə və çini

D) Tökmə və çini

E) Lehimlənmiş və yarımqapaq
Qapaqlar müxtəlif səbəblərdən qruplara ayrılır: hazırlanma materialına görə , tətbiqinə görə, konstruksiyasına görə və hazırlanma üsuluna görə.

Hazırlanma materialına görə: metal, qeyri-metal və kombinəedilmiş.
Tətbiqinə görə: dayaq, fiksasiyaedici və bərpaedici.
Konstruksiyasına görə: tam, ekvator, yarımqapaq, güdüllü, teleskopik və ştiftli.
Hazırlanma üsuluna görə: tökmə, ştamplanmış və qaynaq edilmiş (tikişli).
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-68,72 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137-146, 146-149
201) Modelləşdirməyə aid olmayan şərt hansıdır?
A) Modelləşdirilən dişlə qonşu dişlər arasında qapağın qalınlığı qədər məsafə qalmalıdır

B) Sonuncu dil-damaq səthi modelləşdirilir

C) Antaqonistə uyğun olmalıdır

D) Bir səthdən digərinə keçid hamar olmalıdır

E) Diş qabarları kəskin nəzərə çarpmamalıdır
Sonuncu dil-damaq səthi modelləşdirilir

Modelləşdirməyə aşağıdakı şərtlər aiddir:



  1. Bir səthdən digərinə keçid hamar olmalıdır

  2. Modelləşdirilən dişlə qonşu dişlər arasında qapağın qalınlığı qədər məsafə qalmalıdır

  3. Diş qabarları kəskin nəzərə çarpmamalıdır

  4. Antaqonistə uyğun olmalıdır

  5. Sonuncu modelləşdirilən səth yan səthdir (aproksimal)

Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 61


202) Çıxmayan protezlər konstruksiyasına görə hansı hissələrə bölünürlər?
A) Bir tərəfli dayaq dişləri olan protezlər

B) Diş tacı protezləri və diş sırası protezləri

C) Aralıq hissə, əsas hissə və dayaq elementləri

D) Diş sırası protezləri

E) İki tərəfli dayaq dişləri olan protezlər
Diş tacı protezləri və diş sırası protezləri

Çıxmayan protezlər konstruksiyasına görə 2 qrupa bölünür:



  1. Diş tacı protezləri; taxmalar, süni qapaqlar, ştiftli dişlər

  2. Diş sırası protezləri; körpüvari və konsol protezlər

Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 130


203) Ştiftli diş konstruksiyasının əsas elementləri hansılardır?
A) Güdüllü qapaq və ştift

B) Ştift, süni qapaq və kökü mühafizə edən lövhə

C) Kök kanalına salınan ştift və taxma

D) Ştift və teleskopik qapaq

E) Süni qapaq və qarmaq
Ştiftli diş konstruksiyasının əsas elementləri ştift, süni qapaq və kökü mühafizə edən lövhədir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79
204) Hansı qapaqlardan müvəqqəti protez kimi də istifadə olunur?
A) Plastmas qapaqlardan

B) Ştamplanmış qapaqlardan

C) Ekvator qapaqlardan

D) Metal qapaqlardan

E) Çini qapaqlar dan
Müvəqqəti protez kimi plastmas qapaqlardan istifadə edilir
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 149-151
205) Frontal dişlər nahiyyəsində aralıq hissənin hansı forması tətbiq edilir?
A) Yuyulan və toxunan

B) Yuyulan

C) Yuyulan, yəhərəbənzər

D) Yəhərəbənzər

E) Toxunan
Ön dişlərə hazırlanması mümkün olan aralıq hissənin forması toxunandır. Aralıq hissənin 3 forması var:

1.Toxunan

2. Yuyulan (asma)

3. Yəhərvari
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
206) Körpüvari protezi asmadan fərqləndirən xüsusiyyət hansıdır?
A) Asma protezdə iki dayaq qapağı hazırlanır

B) Körpüvari protez-diş cərgəsi, asma-bir diş protezidir

C) Asma protez nitqə mənfi təsir etmir

D) Körpüvari protez nitqə mənfi təsir etmir

E) Asma protezdə bir, körpüvari protezdə isə iki fiksasiya elementi var
Körpüvari və konsol protezlər diş cərgəsi qüsurlarını bərpa etmək üçün hazırlanır. Körpüvari protezin hər iki tərəfdən dayaq elementi olmalıdır, hətta lazım gəldikdə 3 dayağı belə ola bilər. Konsol protezlər isə birtərəfli fiksasiyası olan konstruksiyalara deyilir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 167
207) Ştamplanmış metal qapağın qalınlığı nə qədər olmalıdır?
A) 0,3 sm

B) 1 mm


C) 0,5 mm

D) 0,8 mm

E) 0,20-0,28 mm
Paslanmayan poladdan ştamplama üsulu ilə qapaqların hazırlanması üçün 0,20-0,28 mm qalınlığında gilizlərdən istifadə olunur. Qızıl və ya platindən döyülən qapaqlar üçün diametri 23-30 mm, qalınlığı 0,26-0,28 mm olan disklərdən istifadə edilir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 64
208) Yuyulan formaya aid olan əlamətlər hansıdır?
A) Selikli qişaya ön tərəfi ilə yatır

B) Frontal və çeynəmə dişlərinə tətbiq olunur

C) Qeyri-gigiyenikdir

D) Frontal və kiçik azı dişlərinə tətbiq olunur

E) Çeynəmə dişlərinə tətbiq edilir
Körpüvari protezlərin aralıq hissəsinin 3 növü var:


  1. Yəhərəbənzər

  2. Yuyulan (asma)

  3. Toxunan

Yuyulan forma yalnız çeynəmə dişlərinə tətbiq edilir, çox gigiyenikdir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
209) Güdüllü qapağı ştiftli dişdən fərqləndirən xüsusiyyət hansıdır?
A) Çıxan protezə bərkidilir

B) Kök kanalına ştift vasitəsilə bərkidilir

C) Çıxmayan protezə aiddir

D) Çoxköklü dişlərə də hazırlamaq olar

E) Diş tacını bərpa edir
Güdüllü qapaqlar diş tacının xeyli hissəsi və ya tamamilə dağıldıqda hazırlanır. Bu halda kanala ştift yeridilməklə bərabər, onun ağız boşluğunda görünən hissəsinin üzərində yonulmuş diş formasında güdül hazırlanır və sonradan bu güdülün üzərinə adi qaydada qapaq düzəldilir. Diş köklərinə olan tələbatlar ştiftli dişlərdə olduğu kimidir. Lakin ştiftli dişlərdən fərqli olaraq, çoxköklü dişlərə də güdüllü qapaq hazırlamaq olar.
Ədəbiyyat: Z.İ.Qarayev “Ortopedik Stomatologiya”. Bakı, 2008, səh 107-108
210) Dişin çeynəmə qabarlarını modelləşdirərkən nəyə görə onları hündür etmirlər?
A) Dişləmi qaldırmasın

B) Diş cərgəsində görünməsin

C) Estetikanı pozmasın

D) Dayaq dişi laxlatmasın

E) Çeynəmə prosesində iştirak etməsin
Dişin çeynəmə qabarlarını modelləşdirərkən hündür etmək olmaz, çünki alt çənənin hərəkətinə mane ola bilər, dişləmi qaldıra bilər. Bu da xəstəyə çox böyük narahatçılıq yarada bilər. Əgər həkim tərəfindən diş az yonulubsa, bu səhvi texnik model üzərində aradan qaldıra bilər.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 112
211) Materialına görə qapaqlar neçə yerə bölünür?
A) Metal, plastmas, çini və kombinəedilmiş qapaqlar

B) Metal və çini qapaqlar

C) Teleskopik, metal və çini qapaqlar

D) Teleskopik və ekvator qapaqlar

E) Tam və yarımqapaqlar
Qapaqlar müxtəlif səbəblərdən qruplara ayrılır: hazırlanma materialına görə , tətbiqinə görə, konstruksiyasına görə və hazırlanma üsuluna görə.

Hazırlanma materialına görə: metal, qeyri-metal və kombinəedilmiş.

Tətbiqinə görə: dayaq, fiksasiyaedici və bərpaedici.

Konstruksiyasına görə: tam, ekvator, yarımqapaq, güdüllü, teleskopik və ştiftli. Hazırlanma üsuluna görə: tökmə, ştamplanmış və qaynaq edilmiş (tikişli).

Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 60-68, 72 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 137-146, 146-149
212) Güdüllü qapaqlar nəyə deyilir?
A) Dişin güdülündə fiksasiya edilmiş (bərkidilmiş) qapağa

B) Ekvator xəttinə qədər olan qapağa

C) Qısaldılmış qapağa

D) Süni güdüldən, ştiftdən və tac hissədən ibarət olan çıxmayan protezə

E) Dişin kontakt və damaq səthini örtən protezə
Güdüllü qapaqlar süni güdüldən, ştiftdən və tac hissədən ibarətdir. Tac hissəyə keramik, plastmas, kombinəedilmiş qapaqlardan istifadə etmək olar.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 86
213) Metal-çini körpüvari protezi metal-plastmas protezdən fərqləndirən xüsusiyyət hansıdır?
A) Sürtülməyə məruz qalmır, metal-çini isə sürtülür

B) Qızıldan karkas hazırlamaq olar, metal-keramik protezə isə qızıl karkas hazırlamaq olmaz

C) Rəngini dəyişir, metal-plastmas protez isə rəng dəyişdirmir

D) Daha möhkəmdir, rəngini dəyişmir, sürtülməyə məruz qalmır

E) Hər iki konstruksiyaların hazırlanması eyni şərtlər altında aparılır
Metal-çini körpüvari protezlər metal-plastmaslara nisbətən möhkəmdir, rəngini dəyişmir, fizioloji sürtülmə qədər sürtülür. Metal-plastmas konstruksiyalar tədricən saralır, patoloji sürtülmə səviyyəsində sürtülür.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 196,180


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin