202) Çıxmayan protezlər konstruksiyasına görə hansı hissələrə bölünürlər?
A) Bir tərəfli dayaq dişləri olan protezlər
B) Diş tacı protezləri və diş sırası protezləri
C) Aralıq hissə, əsas hissə və dayaq elementləri
D) Diş sırası protezləri
E) İki tərəfli dayaq dişləri olan protezlər
Diş tacı protezləri və diş sırası protezləri
Çıxmayan protezlər konstruksiyasına görə 2 qrupa bölünür:
-
Diş tacı protezləri; taxmalar, süni qapaqlar, ştiftli dişlər
-
Diş sırası protezləri; körpüvari və konsol protezlər
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 130
203) Ştiftli diş konstruksiyasının əsas elementləri hansılardır?
A) Güdüllü qapaq və ştift
B) Ştift, süni qapaq və kökü mühafizə edən lövhə
C) Kök kanalına salınan ştift və taxma
D) Ştift və teleskopik qapaq
E) Süni qapaq və qarmaq
Ştiftli diş konstruksiyasının əsas elementləri ştift, süni qapaq və kökü mühafizə edən lövhədir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 79
Dostları ilə paylaş: |