232) Plastmas qapağı çini qapaqdan fərqləndirən xüsusiyyət hansıdır?
A) Dişlər çox yonulur
B) Sürtülməyə məruz qalır
C) Gigiyenikdir
D) Frontal dişlərə hazırlanır
E) Estetik deyil
Plastmas qapağın çini qapaqdan bir sıra fərqli cəhətləri var.
-
Plastmas qapaq üçün diş daha az yonulur.
-
Plastmas qapaq tədricən rəngini dəyişir, çini qapaq isə dəyişmir.
-
Plastmas qapaq sürtülür, çini qapaq demək olar ki, yox.
-
Çini qapaq vasitəsilə dişin anatomik formasını bütün incəliyilə, emalın təbii rəngini və şəffaflığını bərpa etmək olar.
Ədəbiyyat: Ə.A.Əhmədov. Ortopedik stomatologiya. “Maarif” nəşriyyatı, Bakı, I-II hissə 1992, səh 132,141
233) Hansı sıradakı əsas materiallar çıxmayan protez hazırlanmasında tətbiq olunur?
A) Protakril, giliz, izokol
B) Ftoraks, etakril
C) Gips, lehim, etakril
D) Sinma-74, metal xəlitələr
E) Gips, protakril, mum
Ortopedik Stomatologiyada istifadə edilən materiallar 2 qrupa bölünür: əsas və köməkçi. Əsas materiallar: metal və metal ərintiləri, plastmaslar və çini kütlələr. Sınma-74 çıxmayan protezlərin üçün istifadə olunan plastmasdır. Metal gilizlərdən ştamplama yolu ilə qapaqlar hazırlanır. Digər variantlarda ya köməkçi materiallar sadalanır, ya da çıxan konstruksiyalar üçün istifadə edilən materialların adları çəkilir.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 82-87
Dostları ilə paylaş: |