247) Konsol protezlərdə neçə dayaq elementi var?
A) 2
B) 1
C) 4
D) 5
E) 3
Bütün müəlliflərin dediklərinə istinad edərək konsol protezlərin bir tərəfi var: konsol protezlər bir tərəfli dayağı olan çıxmayan konstruksiyalar deyilir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
248) Yuyulan formanın mənfi cəhəti nədir?
A) Estetik deyil
B) Dişləmi qaldırır
C) Dayaq dişlərlə lehim sahəsi kiçik olduğundan, qirilma ehtimalı yüksəkdir
D) Qeyri-gigiyenikdir
E) İltihaba səbəb olur
Körpüvari protezlərin aralıq hissəsinin 3 forması var.
-
Toxunan
-
Yuyulan (asma)
-
Yəhərvari
Yuyulan və ya asma forma gigiyenikdir, damağın dərin atrofiyası zamanı hazırlanır və yalnız azı (çeynəmə) dişlərdə tətbiq edilir.
Yalnız yuyulan formaların 2 mənfi cəhəti var:
-
Ön dişlərə hazırlanmır (estetik nöqteyi nəzərdən)
-
Dayaq dişlərlə lehim sahəsi kiçik olduğundan, qırılma ehtimalı yüksəkdir.
Ədəbiyyat: В.С.Погодин, В.А.Пономарева. Руководство для зубных техников. «Медицина», Ленинград, 1983, səh 89
Dostları ilə paylaş: |