425) T-şəkilli çiyni olan qarmaqlar hansılardır?
A) Sadə Akker qarmağı
B) Kombinəedilmiş və sadə akker qarmağı
C) Reyxelman və aşırma-Cekson qarmağı
D) Dairəvi qarmaq
E) Rouç və Bonixart qarmağı
Rouç və Bonixard qarmağının çiyinləri T-şəkillidir.O biri qarmaqlarda T-şəkilli çiyin yoxdur.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» səh 156-158
426) Bügel protezinin dişsiz metal hissəsi necə adlanır?
A) Qövs
B) Karkas
C) Qarmaq
D) Yəhər
E) Aralıq hissə
Qövs karkasın bir hissəsidir, o yəhər hissələri birləşdirir və bu hissədə diş yoxdur.
Ədəbiyyat: В.Н.Копейкин, Е.С.Кнубовец. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 301
427)Aşağı çənədə frontal dişlər laxlayırsa, bu dişlərə hansı qarmaq qoyulmalıdır?
A) Akker
B) Rouç
C) Ardıkəsilməz
D) Bonvill
E) Cekson
Aşağı çənədə frontal dişlər laxlayırsa, bu dişlərə ardıkəsilməz qarmaq qoyulmalıdır. Çünki bu qarmağın çiyinləri tutucu funksiya yerinə yetirir.
Н.Г.Аболмасов «Ортопедическая стоматология» səh 296
Dostları ilə paylaş: |