547) Hansı maddə ilə biz gipsdən olan dayaq dişləri işləsək karkası modelə taxıb çıxaranda gips oturmayacaq?
A) Kirşan (talk)
B) Vazelin
C) İzokol
D) Bitki yağı
E) Lak
Karkası modeldən tez-tez çıxarıb taxanda qarmaqlar gipsdən olan dişlərə sürtülərək gips ovulur, bununlada retensiya hissələr get-gedə boşalır .
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 112
548) Kombinəedilmiş protez hazırlayanda nə üçün master model (əsas model) ilə bərabər əlavə model hazırlanır?
A) Əsasda kombinəedilmiş bügel protezin modelləşdirilməsini aparırıq, əlavə də isə tökmə prosesi aparılır
B) Əsas modeldə qapaqlar modelləşdirilir, əlavə modeldə isə bügel protezin konstruksiyasını modelləşdirirlər
C) Əlavə model mum konstruksiyasını həkimə göndərmək üçün lazımdır
D) Əlavə model ağız boşluğun quruluşunu qoruyub saxlayır, əsas model isə üstündə aparılan yonma və mişarlama nəticəsində bu quruluşunu itirir
E) Kombinəedilmiş bügel protezini hazırlayırıq, əlavə modelə ehtiyac yoxdur
Əlavə model ağız boşluğun quruluşunu qoruyub saxlayır, əsas model isə üstündə aparılan yonma və mişarlama nəticəsində bu quruluşunu itirir
Kombinəedilmiş bügel protezin hazırlanması adətən texnik modeli diş sütunlarına bölür ki, qapaq modelləşdirmə rahat aparılsın, buna görə də model ilk quruluşunu itirir.
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 180
549) Kombinəedilmiş bügel protez üçün hazırlanan alt qapaqlar necə modelləşdirilməlidir?
A) Anatomik ekvatora qədər
B) Modelləşdirilmə aparılmır, xüsusi plastmasdan olan dişlər qoyulur
C) Çeynəmə səthi modelləşdirilmir
D) Yalnız üzlük çəkilən səthlər modelləşdirilməlidir
E) Tam anatomik quruluşda
Kombinəedilmiş bügel protez üçün hazırlanan alt qapaqlar tam anatomik quruluşda modelləşdirilməlidir.
Ədəbiyyat: Соврeменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany. 2006. səh 182
Dostları ilə paylaş: |