674) Retensiya nədir?
A) Dişlərin tez çıxması
B) Dişlərin olmaması
C) Dişlərin gec çıxması
D) Dişlərin normadan az olması
E) Dişlərin normadan çox olması
Dişlərin çıxması üçün yer olmayanda, diş mayasının travması, dişin kök nahiyyəsində kistaların olması dişlərin çıxmasını ləngidir.
Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”.Bakı-1982. ”Maarif” nəşriyyatı.səh 11
675) İnsanda ilk süd dişlərinin çıxması neçə aylıqda baş verir?
A) 20-30 ay
B) 8-10 ay
C) 1 yaş
D) 6-8 ay
E) 7-8 ay
İnsanda ilk süd dişlərinin çıxması 6-8 aylığında baş verir.
Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”.Bakı-1982”Maarif” nəşriyyatı.səh 16
676) Süd dişlərinin çıxması 6-8 aylıqda başlayır. Bu proses hansı yaşda başa çatır?
A) 2,5-3 yaş
B) 3-6 yaş
C) 2-3 yaş
D) 1,5-2 yaş
E) 3,5-4 yaş
Ədəbiyyat: R.B.Mirzəyev .”Terapevtik Stomatologiya”. Bakı-1982. ”Maarif” nəşriyyatı.səh 15
Dostları ilə paylaş: |