707) Kəsici və köpək dişlərində fiksə olunan kappa hansı alimin adını daşıyır?
A) Enql
B) Kats
C) Şvarts
D) Bınin
E) Adams
Şvarts kappası ön dişlərə sementlə bərkidilir, məcburi progeniyanın müalicəsində tətbiq olunur.
Ədəbiyyat: Л.С.Персин. «Ортодонтия». Москва.1999. səh 65
708) İnsan ömrü boyu neçə dişləm dövrü keçirir?
A) Süd, daimi, dəyişən
B) Proqnatik, progenik, açıq, düz
C) Süd, dəyişən, sükunət
D) Daimi, fizioloji, çəp
E) Daimi, açıq, dəyişən
3 yaşa qədər süd dişləmi , 6-13 yaş dəyişən dişləm , 13-18 yaş daimi dişləm dövrü.
Ədəbiyyat: А.А.Колесов.Стоматология детского возраста.Москва. «Медицина»-1991.səh 24-30
Dostları ilə paylaş: |