749) Yanaq lövhəsi və dodaq pelotları hansı aparatda hazırlanır?
A) Frenkel aparatı
B) Andrezen-Hoypl
C) Engl aparatı
D) Şvarts kappası
E) Bryukl aparatı
Frenkel aparatı əzələlərin mənfi təsirini aradan qaldırmaq üçün hazırlanır. Yanaq lövhəsi yanaq əzələsinin, dodaq pelotu isə dodağın təsirini azaldır.
Ədəbiyyat: Е.И.Гаврилов, А.С.Щербаков.Ортопедическая стоматология. «Медицина», Москва, 1984, səh 450 В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 348
750) Adams qarmağı hansı hissələrdən ibarətdir?
A) Vestibulyar səthin kontakt səthə keçdiyi yerdə iki fiksasiyaedici cism, iki çıxıntı
B) Kontakt səthdə iki fiksasiyaedici kənar, iki cism, iki çıxıntı
C) Vestibulyar səthdə iki fiksasiyaedici kənar, iki cism, iki çıxıntı
D) İki cism, iki çıxıntı
E) Bir cism, iki çıxıntı və bir fiksasiyaedici kənar
Aparatda Adams qarmağı fiksasiya məqsədilə hazırlanır. Qarmaq süd dişləmində ikinci molyara, daimi dişləmdə isə I daimi dişə (6-cı dişə) hazırlanır.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985, səh 330
Dostları ilə paylaş: |