764) Engl qövsü yerini dəyişmiş dişlərə necə fiksasiya olunur?
A) Liqatur məftillə
B) Üzüklə
C) Qarmaqla
D) Qapaqla
E) İlgəklə
Yerini dəyişmiş dişləri öz yerinə qaytarmaq üçün dişlər qövsə liqaturla bağlanır və yerinə qayıtması üçün təsir edir.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 53
765) Əlvari yayın hissələri hansıdır?
A) Perpendikulyar əyintilər
B) 2 yarımdairəvi əyinti və çıxıntı
C) Г-şəkilli əyinti və çıxıntı
D) 2 qat əyinti və çıxıntı
E) 2 dairəvi əyinti və çıxıntı
Əlvari yay 2 yarımdairəvi əyintidən və bazisdə olan çıxıntıdan ibarətdir. Yarımdairəvi əyintinin bir ucu sərbəst qalır ki, bu da dişi əhatə edir.
Ədəbiyyat: Ф.Я.Хорошилкина, Ю.М.Малъгин. «Основы конструирования и технология изготовления ортодонтических апаратов». «Медицина» 1977 , səh 127
Dostları ilə paylaş: |