791) Z.V.Kopp hansı qüsurları aradan qaldırmaq üçün protez təklif etmişdir?
A) Düzgün bitişməyən sınıqları
B) Çənə cisminin sınıqları
C) Əng sümüyünün sınıqları
D) Sərt damağın qüsurları
E) Yalançı oynaqları
Z.V.Kopp yalançı oynaqlar zamanı 3 konstruksiya protez hazırlamağı təklif etmişdir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985 səh 384
792) M.M.Vankeviç şinasında hazırlanan karkas hansı formada əyilməlidir?
A) Lövhəcik formasında
B) Qarmaq formasında
C) Protez bazisi formasında
D) Aşağı çənə sümüyü formasında
E) Diş cərgəsi qövsü formasında
Karkas diş cərgəsi qövsü formasında əyilib, çənənin alveolyar hissəsini vestibulyar və dil səthlərindən əhatə etməlidir.
Ədəbiyyat: Б.К.Костер, В.А.Миняева »Челюстно-лицевое протезирование». Медицина, 1985. səh 64
Dostları ilə paylaş: |