810) Qatlanan protezin modelin üzərindən hansı dişlər kəsilir?
A) 6 frontal diş
B) 4 kəsici
C) Yalnız 2 köpək dişi
D) 2 yan kəsici
E) 2 mərkəzi kəsici
Şarnir yerləşdirilməsi üçün mum protezin ön səthi 4 kəsici dişlə birlikdə kəsilir və protez yarığa bölünür.
Ədəbiyyat: В.С.Погодин, Б.А.Пономарев. «Руководство для зубных техника» 1983, səh 210
811) Metal tökmə laboratoriyasında əsas iş prinsipini həyata keçirən aparatlar hansılardır?
A) Mufel sobası, körük, vibrasiya masası
B) İnduksiya sobası, paralelometr, qumvuran aparat
C) Mikromator, şlifmator, mufel sobası , körük
D) Mufel sobası, induksiya sobası, qumvuran aparat
E) Mikromator, samson, vibrasiya masası
Mufel sobası mumun əridilməsində, induksiya sobası metalın əridilməsində , qumvuran aparat isə metalın üzərinə yapışıb qalmış qumun təmizlənməsində istifadə olunur.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 93, 96
812) Metalın əriyib qəlibdən dəqiq tökülməsi funksiyasını hansı aparat yerinə yetirir?
A) Adi qaz peçində əridilir
B) Qumvuran aparatdan istifadə edilir
C) Körükdən istifadə olunur
D) Mufel sobasında olan xüsusi qazaparıcı boru
E) İnduksiya sobasının içərisində yerləşən mərkəzdən qaçma qurğusu
İnduksiya sobasının içərisində yerləşən mərkəzdən qaçma qurğusu metalın əriyib qəlibdən dəqiq tökülməsi funksiyasını yerinə yetirir.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 95
Dostları ilə paylaş: |