819) Tökmə kanallarının say və ölçüsünə təsir göstərməyən faktor hansıdır?
A) Vakuum tökmədə təzyiqin qalxması və davamlılığı
B) Tökmənin temperaturu
C) Metalın forma boşluğunun tam doldurulması
D) Obyektin qalınlığı
E) Ərimə vaxtı
Metalın forma boşluğunun tam doldurulması tökmə kanallarının say və ölçüsünə təsir göstərmir.
Ədəbiyyat: Совроменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany; səh 97
820) Tökmə ştiftlərinin qalınlığı hansı ölçülərdə olmalıdır?
A) 3-4 mm
B) 5-6 mm
C) 1,3 mm
D) 0,8-1,2 mm
E) 1 sm
Tökmə ştiftlər detallara uyğun qalınlıqda seçilməlidir. Müəllifə görə ştiftin qalınlığı 3-4 mm olmalıdır.
Ədəbiyyat: В.Н.Копейкин, Л.М.Демнер. Зубопротезная техника. «Медицина», Москва, 1985; səh 83
821) Qəlibin soyudulması necə aparılır?
A) Ventilyatorun köməyilə
B) Sönmüş mufel peçində
C) Otaq temperaturunda
D) Soyuq suda
E) Qaynar suda
Müəllifə görə sönmüş mufel peçində qəlib soyudulduqda metalın gərginliyi aradan qaldırılır, deşik və çıxıntıların əmələ gəlməsinin qarşısı alınır.
Ədəbiyyat: Совроменные технологии протезирования.Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGo Germany; səh 108
Dostları ilə paylaş: |