858) Polimerləşən ölçü materialları hansı sırada dolğun verilib?
A) Tiodent, ksantopren, sielast
B) Stens, ortosil, sielast
C) Ekzafleks, stomalgin, tiodent
D) Ekzafleks, sielast, stens
E) Tiodent, stens
Bu materiallar öz xassələrinə görə polimerləşən ölçü materiallarına aiddir.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986, səh 118
859) Termoplastik ölçü materialı hansı sırada göstərilmişdir?
A) Ekzafleks, termoplastik kütlə
B) Stens, ekzafleks, termoplastik kütlə
C) Stens, tiodent, alqelast
D) Sielast, dental, silas
E) Stens, termoplastik kütlə
Bu materiallar öz xassələrinə görə termoplastik ölçü materiallarımna aiddir.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 119-121
860) Aşağıdakı adları çəkilən tələblərdən hansı modelləşdirici materiallara aid deyil?
A) Model üzərinə qat-qat çəkilməsi mümkün olmalıdir
B) Modelləşdirmə yekunlaşdıqda öz bərkliyi və möhkəmliyini qorumalıdır
C) Yandırılma və kütlənin əridilməsi zamanı formanın daxilində çöküb qalmamalıdır
D) Deformasiyaya uğramamalıdır
E) Qoyulacaq səthin rəngindən asılı olmayaraq istənilən rəngdə ola bilər
Modelləşdirici materiallar müəyyən tələblərə uyğun olmalıdır:
-
Model üzərinə qat-qat çəkilməsi mümkün olmalıdir
-
Model üzərinə qat-qat çəkilməsi mümkün olmalıdir
-
Deformasiyaya uğramamalıdır
-
Yandırılma və kütlənin əridilməsi zamanı formanın daxilində çöküb qalmamalıdır
-
Modelləşdirici materialın rəngi tətbiq olunacaq səthin rəngindən fərqli olmamalıdır.
Ədəbiyyat: А.И.Дойников, В.Д.Синицын. Зуботехническое материаловедение. «Медицина», Москва, 1986 səh 124
Dostları ilə paylaş: |