949) Opakları qarışdırmaq üçün hansı mayelərdən istifadə olunur?
A) Opak və dentin mayedən
B) Xüsusi opak üçün mayedən
C) Adi sudan
D) Etil spirtindən
E) Distillə olunmuş sudan
Opakın tərkibinin düzgün alınması üçün onu qarışdırılması xüsusi mayelərlə aparılır. Bu mayeləri istehsalçılar istehsal edirlər.
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 80
950) Keramik çiynin hazırlanması üçün istifadə olunan maddənin hansı maye ilə qarışdırırlar?
A) Modelləşdirmə mayesi ilə
B) Distillə olunmuş su ilə
C) Adi su ilə
D) Opak mayesi ilə
E) Xüsusi maye ilə
Keramik çiyin kütlələrini modelləşdirməsi zamanı istifadə olunan kütlələr adi dentin kütlələri ilə eyni tərkibli olduğu üçün onları eyni modelləşdirmə mayesi ilə qatma lazımdır.
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 89
951) Artikulyatorlar oynaq və kəsici hərəkətlərinin verilməsinə görə neçə yerə bölünür?
A) 3
B) 2
C) 6
D) 4
E) 5
Ümumən artikulyator aşağı çənə hərəkətlərini tam göstərən cihazdır. Artikulyator, əsasən oynaq və kəsici hərəkətlərini təkrar edir. Oynaq və kəsici hərəkətlərinin verilməsinə görə 4 yerə bölünür.
Ədəbiyyat: Е.Н.Жулев: « Металокерамические протезы » səh 117
Dostları ilə paylaş: |