1016) Hansı formalı element oksigeni daşıyır?
A) Bazofil
B) Monosit
C) Leykosit
D) Eritrosit
E) Trombosit
Eritrositin tərkibində olan tənəffüs piqmenti – hemoqlobin oksigenin və karbon qazının daşınmasında iştirak edir. Hemoqlobin 600 amin turşusundan ibarət zülal molekullu qlobindən və ona birləşmiş tərkibində dəmir olan 4 molekul hemdən təşkil olunmuşdur. Hem oksigen və karbon qazını özünə birləşdirib və ayırma qabiliyyətinə malikdir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 153
1017) 1 ml qanda leykositlərin miqdarı?
A) 5000-6000
B) 2000-5000
C) 3000-5000
D) 6000-8000
E) 3800-4800
Leykositlər 8-20 mkm rəngsiz hüceyrələr olub, nüvə və protoplazmadan ibarətdir. Sakit halda insanda 1mm3 qanda 6000-8000 leykosit olur. Leykositlər dənəli və dənəsiz olmaqla2 qrupa bölünürlər. Dənəlilərə neytrofillər, eozinofillər və bazofillər aiddirlər. Dənəsizlərə isə limfositlər və monositlər aiddirlər. Leykositlərin hər bir formasının artıb-azalması insan orqanizmi üçün müəyyən xəstəlikdən xəbər verir. Leykositlərin qanda miqdarının artmasına leykositoz, azalmasına leykopenez deyilir.
Ədəbiyyat: N.T. “İnsanın normal anatomiyası, fiziologiyası və patologiyasının ümumi əsasları ilə birlikdə” səh 154-155
Dostları ilə paylaş: |