405) Nəyə görə texnik orta damaq tikişini yuxarı çənədə qalaydan olan folqa ilə örtməlidir?
A) Metalın damaqda allergik reaksiyası yaratmasının qarşısını
B) Folqasız mum ilə modelləşmə aparmaq mümkün deyil
C) Qida qalığının yığılmaması üçün
D) Danışıq zamanı dil qüsurunun yaranmaması üçün
E) Tikişə düşən təzyiqi aradan qaldırmaq üçün
Orta damaq xətti daha qabarıq olduğu üçün ona düşən yük o biri hissələrə düşəndən daha artıq ola bilər, bu da sümükdə atrofiyaya gətirib çıxara bilər.
Ədəbiyyat: Соврeменные технологии протезирования. Хэннинг Вульфес. Akademia dental.İnternational School BEGO Germany, səh 81
406) Üst çənədə yerləşən bügel protezinin qövsünün mərkəzə düşən eni nəyə bərabərdir?
A) Ən qısa yəhərin uzunluğunun 2/3 hissəsinə
B) Ən uzun yəhərin uzunluğunun 1/3 hissəsinə
C) Qısa yəhərin uzunluğuna
D) Ən uzun yəhərin uzunluğuna bərabərdir
E) Ən uzun yəhərin uzunluğunun 2/3 hissəsinə
Üst çənədə yerləşən bügel protezinin qövsünün mərkəzə düşən eni ən uzun yəhərin uzunluğunun 2/3 hissəsinə bərabərdir
Ədəbiyyat: Ренферт «Техника моделъного литъя» 2008 səh 7
Dostları ilə paylaş: |